Tolik canlı efirdə söylədiklərinə görə polisə çağırıldı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:44 Gənc oğlan yetkinlik yaşına çatmayan dayısı qızını qaçırdı - TƏFƏRRÜAT  |     18:36 "Turan Tovuz"un 19 yaşlı hücumçusu "Kəpəz"də  |     18:17 Bakıda COVID-19 xəstələrinə xidmət edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzandı  |     18:11 Günəşdə güclü partlayışlar baş verdi  |     18:05 4.5 milyondan artıq vəsaiti ölkəyə qaytarmayanlar hakim qarşısına çıxarılırlar  |     17:58 Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib  |     17:56 Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi  |     17:47 Mariya Stadnikə vəzifə verildi  |     17:45 Ötən ay doqquz aptekdə nöqsan aşkarlanıb  |     17:23 Bakıda yeni yolun inşasına start verildi - VİDEO  |     17:20 Lukaşenkonun qələbəsi rəsmiləşdi  |     17:08 Prezident "Minatəmizləmə fəaliyyəti haqqında" qanunu TƏSDİQLƏDİ  |     17:04 Azərbaycanda yeni informasiya sistemi yaradılır - Xidmət haqqı tutulacaq  |     16:54 İlham Əliyev Rüfət Əzizovu vəzifəsindən azad etdi - YENİ TƏYİNAT  |     16:40 Əhməd əş-Şaraanın Türkiyəyə səfər tarixi açıqlandı  |     16:35 İlham Əliyev Polad Bülbüloğlunu təltif etdi  |     15:21 Bakı aeroportunda qonaq qarşılayan "dinozavr" marağa səbəb oldu - VİDEO  |     15:07 Moskvadakı partlayışda erməniəsilli federasiya rəhbəri ağır yaralandı  |     15:06 Azərbaycan həkimlərin reklamına qadağa qoyulması təklif olunub  |     15:05 Sosial müavinət və təqaüdlərin nə vaxtdan artacağı məlum oldu  |    

Tolik canlı efirdə söylədiklərinə görə polisə çağırıldı - VİDEO

Elza-Damla-Tolik qalmaqalı hüquq-mühafizə orqanlarınadək gedib çıxıb və tərəflər polis idarəsinə çağrılıblar.

Əməkdar artist Elza Seyidcahan prodüser Toliki və müğənni Damladan polisə şikayət edib.

Bu barədə Tolik aparıcısı olduğu "Hər şey daxil" verilişində açıqlama verib:

"Elza xanım bu yaxınlarda hüquq-mühafizə orqanlarına məndən və Damladan şikayət edib. Polisə çağırıldım və izahatımı da yazdım. Ərizənizə yazmısız ki, Tolik canlı efirdə məni təhqir edib. Elza xanım, əgər mən sizi təhqir etmişəmsə, elə bir kadrlar sizdə varsa, mən elə bu efirdə də sizdən üzr istəyəcəm.

Bizim Xəzər televiziyası heç vaxt icazə verməz ki, biz aparıcılar canlı efirdə kimisə təhqir edək. Bizim buna həddimiz yoxdur. Biz tənqid edə bilərik, bu da normaldır. Mən sizin sənətinizə hər zaman normal yanaşmışam, dəfələrlə verilişimə dəvət etmişəm".

Xatırladaq ki, Elza Seyidcahan müğənni Damlanın şəklini cıraraq onun mahnılarını pisləyib, itinin və pişiyinin Damlaya qulaq asmadığını bildirmişdi. Onun Damlaya qarşı bu hərəkətlərinə görə Tolik öz verilişində Elza Seyidcahanı kəskin tənqid etmişdir.//baku.wsскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 990 12.06.18 14:49