Məşhur serialın çəkilişində “cinsi istismar” qalmaqalı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:36 "Turan Tovuz"un 19 yaşlı hücumçusu "Kəpəz"də  |     18:17 Bakıda COVID-19 xəstələrinə xidmət edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzandı  |     18:11 Günəşdə güclü partlayışlar baş verdi  |     18:05 4.5 milyondan artıq vəsaiti ölkəyə qaytarmayanlar hakim qarşısına çıxarılırlar  |     17:58 Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib  |     17:56 Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi  |     17:47 Mariya Stadnikə vəzifə verildi  |     17:45 Ötən ay doqquz aptekdə nöqsan aşkarlanıb  |     17:23 Bakıda yeni yolun inşasına start verildi - VİDEO  |     17:20 Lukaşenkonun qələbəsi rəsmiləşdi  |     17:08 Prezident "Minatəmizləmə fəaliyyəti haqqında" qanunu TƏSDİQLƏDİ  |     17:04 Azərbaycanda yeni informasiya sistemi yaradılır - Xidmət haqqı tutulacaq  |     16:54 İlham Əliyev Rüfət Əzizovu vəzifəsindən azad etdi - YENİ TƏYİNAT  |     16:40 Əhməd əş-Şaraanın Türkiyəyə səfər tarixi açıqlandı  |     16:35 İlham Əliyev Polad Bülbüloğlunu təltif etdi  |     15:21 Bakı aeroportunda qonaq qarşılayan "dinozavr" marağa səbəb oldu - VİDEO  |     15:07 Moskvadakı partlayışda erməniəsilli federasiya rəhbəri ağır yaralandı  |     15:06 Azərbaycan həkimlərin reklamına qadağa qoyulması təklif olunub  |     15:05 Sosial müavinət və təqaüdlərin nə vaxtdan artacağı məlum oldu  |     15:04 Azərbaycanın dövlət büdcəsi yanvarda proqnozdan artıq icra edilib  |    

Məşhur serialın çəkilişində “cinsi istismar” qalmaqalı - FOTO

Türkiyə “Yasak elma” serialında baş verən cinsi istismar xəbəri ilə çalxalanır.

Serialın baş rol aktyorlarından biri olan Talat Bulutun kostyum assistenti Özge Şimşeki dodağından öpməsi qalmaqala səbəb olub.

Belə ki, 19 yaşlı Özgenin iddiasına görə, hadisə ötən cümə axşamı günü baş verib.

“Talat Bulutun qalstukunu düzəldirdim. Mənə “Gəl, arxa tərəfdə düzəldək” dedi və məni dodağımdan öpdü. Hadisənin şoku ilə yerimdə qaldım. Həmin an yanımda heç kim olmasa da, Talatın məni çağırdığını görən şahidlərim var”, - deyə Şimşek bildirib.

Aktyoru məhkəməyə verəcəyini açıqlayan Özge “Maddi və mənəvi təzminat istəmirəm, cəzalanmasını tələbə edəcəm” – deyib.

Hadisədən sonra Özgeyə dəstək duran da olub.

Belə ki, türkiyəli aktrisa Hande Ataizi Talat Bulutla bənzər bir olay yaşadığını dilə gətirib:

“Qadınlar artıq daha cəsurdur. Mən də 18 il öncə “Melekler evi” serialının çəkilişində belə bir hadisə yaşamışam. Bu qız qorxmayıb, məhkəməyə verəcəyini deyib. Halal olsun!”

Bütün bu ittihamlardan sonra aktyorun vəkili açıqlama verərək Talat Buluta qarşı olan iddiaların əsassız olduğunu deyib.//oxu.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 320 06.06.18 13:30