Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova Nəsimi rayonunda 1 saylı körpələr evinin baş həkimi Nəhayət Əliyevanın işindən kənarlaşdırılmasına münasibət bildirib. Median.Az -ın məlumatına görə, A.İsmayılova məsələ ilə bağlı sosial şəbəkədə bu sözləri qeyd edib:
"Allaha dua etməyi heç vaxt unutmayın. Hər zaman halal çörək yeyin. Haramçılığa göz yummayın. Allahdan başqa heç kəsdən qorxmayın".
Qeyd edək ki, Nəhayət Əliyeva Aysun İsmayılovanın yaydığı videolardan sonra vəzifədən azad edilib.