ARB TV-nin “Günaylı Şənbə” verilişinin növbəti qonağı prodüser Anar Mədətov olub.
O, efirdə şou-binznes əhlini qınaq atəşinə tutub:
“Hər bir şeyin öz pik həddi var. Müğənnilər hərdən bir prodüserlərin adlarını, zəhmətlərini yaddan çıxarırlar. Anar Mədətovdan pislik gəlməyib. Ev almısan, maşın almısan, mahnılar oxumusan. Ədalətindən tutmuş Natavanı, “Qala”sı, İzzəti, Samir Priyevi…
Bunların içlərindən 3-4 nəfərlə dost qalmışam. O biriləri ilə salam-sağ ol ünsiyyəti saxlayıram. Hamısına da arzulayıram ki, bir az ciddi olsunlar, bir-birilərinin dalınca az danışssınlar, kreditlərini vaxtında ödəsinlər. Ailələrini, maşınlarını, evlərini yox özlərini, sənətlərini reklam etsinlər. Bunu bütün Azərbaycan şou-biznesinə arzulayıram”.