Nəhayət Əliyevanın "Aysun evini "priton"a çevirib" deməsi müğənni Rəqsanəni daha da qəzəbləndirib
Median.Az -ın məlumatına görə ifaçı direktoru əlində olan digər faktlarla biabır edəcəyini deyib: "Sən tərbiyədən uzaq adamsan. Ağzını yum, başından böyük danışma. Qoy, gedib həyətdə bizim haqda araşdırma aparsınlar. Ayıbdır, yekə qadınsan, zibillərin açılıb deyə, bilmirsən altından necə çıxasan. Mən susuram. Hələ əlimizdə bir neçə görüntülər var. 3, 4 ildir, sizin bu özbaşnalığınıza göz yumuruq. İndi isə övladım iyrənc oyunlarınızı, yetimlərin haqqını daşıyıb yeməyinizi ortaya çıxardı. Susun. Elə eləməyin ki, əlimizdəki sübutlarla lazımı qurumlara müraciət edək. Mənim qız uşağıma atdığın böhtan sənə baha başa gələr. Görün, uşaq evinə rəhbərlik edən hansı kəlimələri işlədir. Vay o uşaqların halına ki, sizdən tərbiyə götürür. Əcəb edir mənim qızım. özüm də gəlirəm Bakıya, əlimdə olan digər görüntüləri lazımı orqanlara təqdim edəcəm. Görüm, onda nə bəhanələr uyduracaqsan. Aysun, ürəkli ol, düz eləmisən. Çörəyim sənə halal olsun, bala.Düzgün yaşayıb, düzgün ölmək, harama əl uzadanı qusdurmaq lazımdır."