"Damla ilə gözəl münasibətimiz var. Ən son 5 gün əvvəl bir yerdə Rusiyada el şənliyində idik. Mən Damlaya niyə söz atıram? Damlaya demək istədiyimi üzünə deyə biləcək adamam. Əgər sözü Damlaya atsaydım, adını yazardım. Nə onun məndən, nə də mənim ondan çəkinəcək yerim var".
Median.Az shownews.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Əsədova deyib. Müğənni bildirib ki, sosial şəbəkədə "Gündüz başı şöhrətə qarışıb, ətrafı görməyənlər axşam tənhalıqdan əziyyət çəkir" sözlərinin qalmaqala səbəb olacağını ağlının ucundan belə keçirməyib:
"Space"də çəkilişdə idim. Bir jurnalist zəng edib olanları şərh etdi. Mənim paylaşımımdan sonra Damla guya paylaşım edim və mənə söz atıb. Damla o sözü axı mənə ata bilməz. Damla bilir ki, mənim evdə yoldaşım, uşaqlarımın atası var. Uşağımın soyadı da atasınındır. Mənim isə həm nigahım, həm kəbinim var. Damla da yəqin o sözləri başqasına ünvanlayıb. Şou biznesdə o qədər uşağı olub amma atasının soyadını daşımayan qadın var. Mənim həm də Damla ilə rəqabətim yoxdur. Damladan ünvanıma nə isə bir xoşagəlməz söz eşitsəm, bir başa özünü yığaram. Paylaşım etmərəm. Damlaya söz atacaq qədər səviyyəsiz deyiləm".
Qeyd edək ki, müğənni Damla oğlunun şəklini paylaşıb və bu sözləri yazıb:
"Allah bütün qadınlara Allahınhalal kəbinindən və qanuni nikahdan atasının soyadını daşıyan övladlar nəsib etsin"