Qafqaz Müsəlmanları İdarəsindən Flora Kərimovaya CAVAB » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:31 Kəlbəcərdə yük maşını aşıb, ölən var  |     15:28 Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib  |     15:19 Rasim Tağıyevin oğlu həbs edildi  |     15:12 Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb  |     15:11 Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB  |     15:11 Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO  |     13:48 “Bitcoin”in məzənnəsi 60 min dollardan aşağı düşdü  |     13:31 Oğuzda silahlı şəxs saxlanılıb  |     13:22 Ermənistanda kazarmada ölən əsgərlərin qohumları: “Yanğına inanmırıq, onlara nəsə edilib”  |     13:20 MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq  |     13:19 Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb  |     13:16 Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi  |     13:12 Elektron siqaretlə bağlı tələblər qoyula bilər  |     13:07 BDU-nun tələbəsi qəzada öldü - FOTO  |     13:06 Bank kartından 10 manat oğurlayan şəxs saxlanıldı  |     13:04 Nazir yüksək vəzifəli məmuru vəzifəsindən azad etdi  |     13:03 Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - ARAŞDIRMA  |     13:02 Dünya bazarında neft qiymətləri dəyişib  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir  |    

Qafqaz Müsəlmanları İdarəsindən Flora Kərimovaya CAVAB

“Azərbaycanın 77 yaşlı xalq artisti Flora Kərimova “V element” proqramında bildirib ki, istəyirəm öləndə məni bağımda dəfn etsinlər: “İstəməzdim uzun ömür yaşayım. İstəyərdim ailə taleyim bütöv olsun. Vəsiyət etmişəm. Hamıya demişəm ki, məni elə basdırın ki, yerimi tapmasınlar. İstəmirəm desinlər, yazıq. İstəyirəm deyim ki, məni öləndə bağımızda dəfn etsinlər”.

Flora Kərimovanın bu istəyinə İslam dini nə deyir?

Median.Az xəbər verir ki, məsələ ilə bağlı unikal.org-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin sədrinin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Böyük Bazar “Hüseyniyyə” məscidinin və Lənkəranın baş axundu, tanınmış ilahiyyatçı Hacı Sədi (Qəni) Axundzadə bildirib ki, İslam dinində insanının qəbristanlıqdan kənar yerlərdə dəfn olunması haram sayılmır:

“Qəbristanlıq ümumxalq üçün ayrılan dəfn yerinə deyilir. İstisna hallarda insan həyətində dəfn edilə bilər. Tutaq ki, yaşadığın ərazidə qəbristanlıq yoxdursa, kənar yerdə dəfn oluna bilərsən. Bu da gərək halal və kiminsə şəxsi mülkiyyəti olmasın”.

Hacı Sədi həmçinin qeyd edib ki, məzarlıqda meyvə ağacının meyvəsindən yemək və su quyusunun suyundan içmək olmaz:

“Bu gigeyina, epidemologiya və tibbi baxımdan məqbul sayılır. Ona görə qəbristanlıq həyətində olan quyunun suyu məkruhdur, yəni onun içilməsi bəyənilmir. Qəbristanlıqda olan meyvələrdən istifadə edilməsi də bəyənilmir. Hesab edirəm ki, insanların hər biri dünyasını dəyişdikdən sonra qəbristanlıqda dəfn olunması daha məqsədəuyğundur. İnsanlar orada dəfn olunsa fəzilətdir və daha uyğundur. Yoxsa bütün insanlar əhd etsinlər ki, mən öz həyətimdə dəfn olunmaq istəyirəm, bu yolverilməzdir. Hər yeri qəbristanlığa çevirmək olmaz. Təbii ki, torpaqlar, Yer üzündə olan bütün mülklər hamısı Allaha məxsusdur”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 428 16.04.18 11:28