Müğənni Xatirə İslam sənət yoldaşlarını canlı yayımda rüsvay edib.
Baku.ws-in məlumatına görə, Xəzər TV-də yayımlanan "5-də 5" verilişinin qonağı olan Xatirə İslam bəzi müğənniləri İsntagram səhifələrində ucuz reklamlar paylaşdığına görə sərt qınayıb.
“Bəzi müğənnilərimiz, İnstagramda hər şeyi paylaşmayaq. Hər şeyi paylaşmaq, ucuz reklamlar sənət yoldaşlarımı hörmətdən salır. Sənət adamı özünə hörmət etməlidir. Məsələn, bəzi müğənnilərimiz gedib hansısa restoranda yemək yeyir, sonra isə həmin yeməyin əvəzində hesabı verməmək üçün restoranı instagramda reklam edir. Bunu sənət adamının etməsi düzgün deyil. Acından ölərəm, amma belə şey etmərəm. Özümüzə hörmət edək”, - deyə Xatirə İslam bildirib.