"Mənə bəxtəvər deyirlər, amma səhər-axşam dərman içirəm" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:52 Rusiya XİN həmin məktubla bağlı açıqlama yaydı  |     22:26 Tehranda İran əsilli Almaniya vətəndaşı azadlığa buraxılıb  |     22:04 Bu ərazilərdə işıq olmayacaq  |     21:31 Biləsuvar məcburi köçkün qəsəbələrindən daha 20 ailə Cəbrayıla köçürülüb  |     21:22 Polis Kaliforniyadakı təxliyə zonalarında 68 nəfəri saxlayıb  |     21:09 Danimarka Arktik ərazilər üzrə Trampla dialoqa hazır olduğunu təsdiqlədi  |     21:05 Dələduzluqda təqsirləndirilən keçmiş vəkil Elman Paşayevə qarşı yeni ittiham: Həbs müddəti uzadıldı  |     20:51 Rusiya Estoniya XİN-in vitse-kanslerini qara siyahıya salıb  |     20:39 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     20:24 Ermənistanda deputat öldü  |     20:07 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     19:22 Tibetdə daha bir güclü zəlzələ baş verib  |     17:55 Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan olundu  |     17:47 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     17:26 İxracdan əldə olunan pulları ölkəyə qaytarmayan şəxslərlə bağlı cinayət işləri məhkəməyə göndərilib  |     15:53 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:19 Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi  |     14:06 Magistr olmaq istəyənlərin nəzərinə!  |     13:45 Həftəiçi keçiriləcək görüşlərin AFİŞASI (SİYAHI)  |     13:41 Goranboyda iki bacı tüstüdən zəhərlənib  |    

"Mənə bəxtəvər deyirlər, amma səhər-axşam dərman içirəm"

"Həyatın hər üzü bizim üçündür. Hər şey olduğu kimi olacaq. Amma bilmirəm, mən sizin həmin Vüsalı olacam, yoxsa...".

Median.Az
axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə "7 canlı" proqramında deyib. Bir müddət əvvəl qardaşını avtomobil qəzasında itirən Vüsalə ötən gün efirə çıxıb. Hisslərini bölüşən aparıcı göz yaşlarını saxlaya bilməyib:

"Dırnaqarası cahillikdir, bəzən yazırdılar ki, müharibə ərəfəsində veriliş aparırdın. Amma bu, tək mənim səlahiyətimdə olan iş deyildi. Televiziyalara verilən təlimatlar var. Bizim təqdim etdiklərimiz təlimatlar idi, ona görə də sizin yanınızda olduq. Bu gün burada olmağım, geridə nələr qoyub gəldiyim, danışanda boğazımda düyünlənən o kədər, çəkdiyimı, yaşadığımı, bunu yaşayan insandan savayı heç kim bilmir. Heç kimi qınamamışam. Yaxın insanlarla oturub danışanda belə "Allah bilər, özü bilər" deyən insanam. Həyatı boyu kimsə haqqında "niyə belə etdi" deməmişəm. Deyiblər, filankəs ikinci dəfə ailə qurdu, bunu geyindi, onu etdi... Cavab vermişəm ki, özü bilər.

Hər gün tamaşaçılar yazırdı, qayıdın efirə... Hər birinizə minnətdaram. Bəzən dırnaqarası tamaşaçı, çamur, çirk atmaq istəyənlərə deyirəm, bu günün sabahını bilmək olmur. Heç kimi qınamayın. Böyrək köçürülən insanam. Səhər 7, axşam 7 dərman qəbul edirəm. Artıq yaşam tərzimdir, amma o qədər bəxtəvərlik oxuyurlar ki".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 128 12.10.21 20:19