Məşhur amerikan repçi Feti Vepə ağır itki baş verib.
Repçinin 4 yaşlı qızı vəfat edib. Bu barədə ifaçının həyat yoldaşı Türkoiz Mayami sosial media hesabında paylaşım edib.
O, paylaşımına "Əgər bunu görürsünüzsə, "səni sevirəm Lauren” deyin. Çünki ruhlar da sevgini hiss edir”, - qısa şərhini əlavə edib.
Azyaşlının ölüm səbəbi hələ bilinmir. Lakin Laurenin bir aydır xəstə olduğu və yuxuda ikən öldüyü bildirilib.
Lauren repçinin 6 uşağından biri idi.
Xatırladaq ki, Feti Vep 2015-ci ildə çıxardığı "Trap Queen” adlı sinqılı ilə "ABŞ Billboard Hot 100” çartında ikinci olub və dünyada populyarlaşıb.
//sfera.az