Şou əhli karantindən sonra toylara neçəyə gedəcəklər? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 “Apple” planşet istəyənlərə PİS XƏBƏR: Təkmilləşdirilmiş ekran olmayacaq  |     22:59 Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü  |     22:52 Bu il hər addımda şanslı olacaq BÜRCLƏR  |     22:44 “Apple” çoxdan gözlənilən cihazları mayda nümayiş etdirəcək  |     22:39 Ana 3 yaşlı qızını caduya görə öldürdü  |     22:31 Bakının bu rayonunda bu gecədən qaz kəsiləcək  |     22:26 İmişli-Biləsuvar yolunda “Prado” aşıb, ölənlər və xəsarət alanlar var  |     22:15 Elektron siqaretlərlə bağlı xəbərdarlıq – “Xərçəngə səbəb olur”  |     22:08 Əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək  |     22:02 Pilləkənlərlə qalxmaq ömrü uzadır  |     21:55 Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir? – AÇIQLAMA  |     21:49 Avtobusların arxasında “gizlənən” sürücülər - VİDEO  |     21:37 Moskva aeroportunda partlayış təhlükəsi elan edilib  |     21:31 40 azn rüsumu olan sağlamlıq arayışı mayın 1-dən kimlərə pulsuz veriləcək? - VİDEO  |     21:18 İstirahət günü hava necə olacaq?  |     21:01 ABŞ Gürcüstana qarşı siyasətində dəyişiklik edəcəyini açıqladı  |     20:55 Cəlilabadda minik avtomobili yanıb  |     20:46 Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var  |     20:38 Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib  |     20:31 Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb  |    

Şou əhli karantindən sonra toylara neçəyə gedəcəklər?

ATV kanalında yayımlanan "Birə-bir” verilişi müğənnilərə zəng edərək onlardan karantindən sonrakı toy qiymətlərini soruşub. Onlar el şənliklərinə icazə veriləcəyi halda qonorara endirim edəcəklərini deyiblər.

Axşam.az xəbər verir ki, sənət adamları məclislərin tam və yarım saatlıq toy qiymətlərini açıqlayıblar.

Əməkdar artist Elnarə Abdullayeva yarım saat üçün 3000-3500 manata getdiyini söyləyib.

Müğənni Bahar Lətifqızı bütün toyu əvvəl üç min manata apardığını, indi 2500 manata razılaşacağını deyib. O, endirim istəyəndə isə belə cavab verib:

"Karantində biz də çörək yeməmişik. Endirim edirik, əvvəl 3000 manat idi, indi 2500 manat. Əvvəl yarım saatı 1500 manat idi, indi endirim edirik”.

Müğənni Əlikram Bayramov isə ansamblla 2500, tək isə 1500 manata toy apardığını söyləyib.

Müğənni Rəvan Qarayev isə "Toylar başlasın, endirimə problem yoxdur. Yarıya qədər endirim edərəm” sözlərini söyləyib.

Müğənni Səyyad Əlizadə: "Ansamblla birlikdə 5-6 min manatdır. Tək isə yarımsaatlıq 1500 manatdır. Toylar dəqiqləşsin, endirim olacaq. Ansamblla 5 min manata gələ bilərəm. Dəqiq olsa, yarım saatı da 1200-1300 manat edərik”,- deyə cavab verib.

Müğənni Afət Fərmanqızı isə bütün toyu 5 min manata apardığını vurğulayıb. O bildirib ki, hazırda 40-a yaxın toyun behini alıb. İfaçı pandemiyaya görə endirim də edəcəyini bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            732 22.03.21 17:12