Mojo.az Banner
13:26 Rusiyaya qaçmaq istəyən əfqanıstanlı gənc Azərbaycanda saxlanıldı  |     13:25 Azərbaycanın Ermənistana satdığı məhsulların dəyəri açıqlandı  |     13:24 Sabunçuda 67 yaşlı qadın ÖLDÜRÜLDÜ: Oğlu saxlanıldı  |     13:08 Kollegiyadan qovulan vəkil həbs edildi  |     12:33 Qəbələdə QƏZA: Ölən və yaralanan var  |     12:26 Siqaret çəkməklə depressiya arasında əlaqə aşkar edildi  |     12:16 Banklardan kredit götürənlərin NƏZƏRİNƏ: Yaxın dövrdə nə gözlənilir? (Video)  |     12:10 Azərbaycanda rənglənmiş portağallar satılır? - AQTA rəsmisindən CAVAB  |     12:02 Bakıda məşhur hoteldə ofisiant öldürüldü - FOTO  |     11:46 Platinin qiyməti ilk dəfə 2800 dollar həddini keçdi  |     11:36 Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - XƏBƏRDARLIQ  |     11:35 Samuxda doqquz yaşlı oğlan boğulub öldü  |     11:19 Abşeronun bəzi ərazilərində dörd saat işıq olmayacaq  |     11:09 Bakıda 75 yaşlı qadın şadlıq sarayında ölüb  |     23:02 Hər gün yoqurt yesəniz, bağırsaqda nə baş verər?  |     22:54 Goranboyda minik maşını traktora çırpıldı, xəsarət alan var  |     22:48 Məsumə Babayevanın dəfn yeri və vaxtı məlum oldu  |     22:40 İraq əcnəbi məhbusları ölkələrinə təhvil verəcək  |     22:36 Azərbaycana 13 manata gətirilib, 41-60 manat arası satılır  |     22:29 Neftçalada yanvar faciəsinin şahidi: Əsgərlərin vəhşiliyini sözlə ifadə etmək çətindir  |    
Left Banner
Right Banner

Nura cərimələnməsindən danışdı: “Qayda pozmamışam” - Video

15.07.2020 12:34 3 146
Nura cərimələnməsindən danışdı: “Qayda pozmamışam” - Video
Müğənni Nura Suri bu gün Qusar-Quba yolunda Daxili İşlər Nazirliyinin polis əməkdaşları tərəfindən xüsusi karantin rejimi dövründə verilən icazədən sui-istifadə etdiyi üçün 200 manat cərimələnib. Müğənni isə ona qarşı irəli sürülən ittihamla razılaşmır.

Median.Az
xəbər verir ki, Nura Suri "Qafqazinfo”ya açıqlamasında karantin qaydalarını pozmadığını bildirib:

"Dünən məni heç bir qayda pozmadan yolda öz avtomobilimi idarə edərkən (kəmər taxılı, ağzımda maska ) saxlayıblar. Səbəbin soruşanda,əvvəlcə telefonla danışdığımı iddia etdi, mən isə telefonu göstərdim ki, səsli "Waz”e proqramı ilə yol gedirəm, telefonla danışmağım mümkünsüzdür və yanımda iki şahidim var. Sonra anladım ki, vaxt qazanırlar. 5-10 dəq sonra "10 OT 242” dövlət nişanlı, "BMW” markalı avtomobil gəldi və içərisində 4 polis işçisi var idi. Biri əlində kamera ilə məni çəkməyə başladı. Sənəd istədi, göstərdim və portaldan yoxlamasını tələb etdim. Avtomobilin, mənim, sərnişinin icazəsi olduğunu gördülər. Buna baxmayaraq, İnzibati xətalar və Konstitusiyanın aşağıdakı bəndlərini pozaraq məni kameraya çəkməyə davam etdilər:

- İnzibati Xətalar Məcəlləsinin 51.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya videoçəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan, həmin foto və ya video əkiliş, yaxud səsyazma materialları KİV-də yayımlana bilməz.

- Konstitusiyamızın 32-ci maddəsinin (şəxsi toxunulmazlıq hüququ) 3-cü hissəsi "Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

 Avtomobildə 12 yaşlı oğlum bu hadisənim şahidi oldu və stress yaşadı. 8 nəfər polis işçisi sanki terrorist və ya cinayətkar tuturmuşlar kimi hərəkət edirdilər. Onlar məni çəkdikdən sonra gördüm ki, uzun söhbət gedir, başqa qanun pozuntularını mənə şamil etmək istəyirlər. Gördülər ki, qanunu yaxşı bələdəm. Bu zaman mən də əlimə telefon alıb çəkiliş aparmağa başladım. Əlimdə videolar var, sizə təqdim edəcəm. Maşınımda olan sərnişinə bildirdilər ki, protokola qol çəkin. O isə imza atdıqdan sonra "etiraz edirəm” yazdı. Polis əməkdaşları söylədilər ki, üç yerdən imza atın. Məsələyə qarışdım, etiraz etdiyi üçün bir imza atmağının kifayət olduğunu bildirdim. Onlar dedilər ki, yazacağıq ki, imza atmaqdan imtina edirsiz. Bütün söhbətlər mən çəkdiyim videoda əks olunub. Biz xeyriyyə məqsədi ilə imkansız ailələrə yardım edirdik. Necə oldu ki, iki maşın eyni vaxtda gəldi. Biri məni saxladı, başqa söz dedi, digəri isə başqa mövzu… Əvvəldən hazırlanmış bir hadisə idi. Bunun başqa adı yox idi.

Azərbaycanda karantin müddətində bir çox tanınmış insanlar istirahətdə olublar. Xalq artistləri Aygün Kazımova Qəbələdə oteldə uzun müddət dincəlib, Türkiyədə ailəsi ilə istirahət edən məşhurlarımız, hətta Xalq artistlərimiz var. DİN-in saytlara bugünkü açıqlamasının səbəbini başa düşə bilmədim. Məqsədi anlamadım. Polisimiz bizi qorumalıdır. Bizə qarşı aqressiv olmamalıdır. Bizim bir düşmənimiz var və bu gün Azərbaycan müharibə şəraitində yaşayır, şəhid verir. Bunu unutmayaq”.скачать dle 11.3