Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

M10-da ağlasığmaz talama: HƏBSLƏR VAR

10.02.2026 17:41 981
M10-da ağlasığmaz talama: HƏBSLƏR VAR
Bir neçə gün əvvəl mobil ödəniş və rəqəmsal pul kisəsi tətbiqi olan m10-da hesabların dondurulmasının əsas səbəbləri bəlli olub.

Median.Az
xəbər verir ki, Gununsesi.info-nun əldə etdiyi özəl məlumata görə, sistemdəki bloklanma baş verən talama ilə bağlıdır. Məlumata görə, m10 hesabının başqa şəxslərin idarəçiliyinə keçməsi nəticəsində ayrı-ayrı insanlara məxsus olan on milyonlarla vəsait talan edilib.

Prosesin ABŞ-dən həyata keçirildiyi bildirilir. Məlumata görə, hazırda Azərbaycanın hüquq-mühafizə orqanlarında cinayət işləri açılıb və m10-dan həbslər həyata keçirilib.

Bildirilir ki, m10-un xaricdən idarə olunması üçün həmin şəxslər xüsusi qorunan məlumatları və kodları qarşı tərəfə ötürüb.

Qeyd edək ki, m10-da yaranan çətinliklə bağlı “PASHA Pay” açıqlama yaymışdı.

Bildirilirdi ki, m10 platformasında xarici mənşəli “merchant”lardan bəzi istifadəçi hesablarına müəyyən məbləğlərdə vəsait daxil olması qeydə alınmışdır. Təhlükəsizlik və tənzimləyici tələblərə uyğun olaraq, sözügedən hesablar müvəqqəti olaraq dondurulmuşdur. Hazırda məsələ m10-nun müvafiq komandaları tərəfindən daxili prosedurlara uyğun şəkildə araşdırılır və m10-da bütün əməliyyatlar tam bərpa olunub.

Yaranmış narahatlığa görə istifadəçilərimizdən üzr istəyir, göstərdikləri anlayış və etimad üçün təşəkkür edirik.

İstifadəçilərimizin vəsaitlərinin təhlükəsizliyini, əməliyyatların şəffaflığını və platformanın sabitliyini daim prioritet olaraq qorumağa davam edirik”.

Qeyd edək ki, m10 – Azərbaycanda çox sürətlə yayılan mobil ödəniş və rəqəmsal pul kisəsi tətbiqidir. Rəsmi olaraq Kapital Bank tərəfindən yaradılıb və əsas məqsədi gündəlik pul köçürmələrini və ödənişləri maksimum sadələşdirməkdir.скачать dle 11.3
Mojo.az Banner