Xalq artisti vəfat edən oğlundan danışdı: “Fəridi özümə atam, qardaşım bilirdim” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:22 Boşanmadan sonra kredit borcunu kim ödəməlidir?  |     22:17 Magistraturanın SABAH qrupları ləğv olunur  |     22:09 9 uşaq bağçası açılacaq  |     22:03 13 yaşlı "ağ" haker "Microsoft"a necə kömək edir?  |     21:57 Ermənistan Rusiyaya nota verdi  |     21:52 Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi  |     21:45 "Range Rover"i içkili idarə etdi, məhkəməyə gəlmədi - Cəza verildi  |     21:39 Pulsuz dərman 80 manata... - TƏBİB Əməkdar artistə cavab verdi  |     21:31 Süni intellekt 18 il övlad sahibi ola bilməyən qadının hamilə qalmasına kömək etdi  |     21:25 Sabiq rəis elektron qolbaqda gəzəcək  |     21:16 "Reo-Med Tibb Mərkəzi"də yoxlama - Pozuntular aşkarlandı  |     21:11 Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı  |     21:04 Tramp yeni gömrük rüsumları ilə bağlı məktubları ölkələrə nə vaxt göndərəcək?  |     20:59 Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? (VİDEO)  |     20:51 Okeanlarda milyon illər əvvəl baş vermiş hadisə təkrarlana bilər?  |     20:45 Andrey Bədəlov pəncərədən yıxılaraq öldü  |     20:37 Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT (VİDEO)  |     20:30 Faktiki hava açıqlandı  |     20:22 İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri başa çatıb  |     20:17 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb  |    

Xalq artisti vəfat edən oğlundan danışdı: “Fəridi özümə atam, qardaşım bilirdim” - VİDEO

“Artıq səkkiz ildir ki, övladım rəhmətə gedib. 11 il ondan əvvəl isə o məhbus həyatı yaşayıb”.

Median.Az xəbər verir ki, bu sözləri Xalq artisti Arif Quliyev “Xəzər” televiziyasında yayımlanan “5/5” axşam şousunda qonaq olarkən deyib.

Sənətkar 2012-ci ildə dünyasını dəyişən oğlu Fərid Quliyevin yoxluğu ilə barışa bilmədiyini və onu itirməkdə özünü günahlandırdığını bildirib:

“Yuxuma girir... Hərdən onunla söhbət edirəm. Ona yenə də məsləhətlər verirəm. İtki vermək özü bir ağır bəladır. Elə anlar olurlar ki, çarpayıdan qalxıb, Fəridi axtarıram.

Hər zaman başım işimə qarışıb. Bəlkə də səhvim olub. Özümü təqsirkar görürəm və heç zaman bağışlaya bilməyəcəyəm. Ürəyimdə Fəridə deyiləsi çox sözlərim qaldı.

Onun ali təhsili yarımçıq qaldı. İstərdim, onu xalqına xidmət edən bir insan görüm. Amma qismət olmadı. Çox ağrılı və acılı həyatım olub. Nə ana, nə də ki ata görmüşəm. Fərid, axı sən böyüyəndən sonra səni atam, qardaşım bilirdim... Kimsəsiz bir insanam. Səni özümə arxa görmək istərdim (ağlayır).

Hər şeyi təbii qəbul edirəm. Çünki həyat varsa, burada sevinc də var, kədər də. Teatrımızın emblemində insanın üzü əks olunub. Üzün bir tərəfi gülür, digər tərəfi isə ağlayır. Hər hadisə həyatdan götürülür. Həyat isə insan yaşamının meyarıdır. O meyar ki sənə həyatda qismət olur... Hər şeyə alın yazısı kimi baxıram.

Gələnlə gedənin önünü kəsmək qeyri-mümkündür. Hər insana ölüm qismət olacaq. Bir şeyə yanıram ki, oğlum Fəridi gənc yaşda itirdim. Lakin insan itkisinin yaşı olmur”.//oxu.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 128 24.06.20 11:49