Mojo.az Banner
18:07 Müdafiə Nazirliyində mənimsənilmiş dövlət vəsaitinin 12 milyon manatını general qaytarıbmış  |     18:05 Azərbaycandan Gürcüstana kiloqramlarla qiymətli metal keçirmək istədi - Foto  |     17:30 Cəbrayılda mina partlayışı: Xəsarət alan var  |     17:26 PKK Türkiyədən tamamilə çıxdı  |     16:13 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib  |     16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |     15:51 Səbuhi Əliyevə vəzifə verildi  |     15:35 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı (Yenilənib)  |     15:33 Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən şəxsə məhkəmə ağır cəza verdi  |     15:32 Paşinyan: "Türkmənistanda İlham Əliyevlə təmaslar ola bilər"  |     15:26 Paşinyan Zəngəzurda saxlanılan əsgərimiz barədə: "Biz onu həmin gün qaytara bilərdik"  |     15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |     14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |     13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |     13:38 Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb  |     12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirusa yoluxduğu deyilən Əməkdar artist: “Elə bildim, nəfəsim geri qayıtmayacaq” - ÖZƏL

04.06.2020 14:09 1 959
Koronavirusa yoluxduğu deyilən Əməkdar artist: “Elə bildim, nəfəsim geri qayıtmayacaq” - ÖZƏL
“11 gündür M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında müalicə olunuram. İki dəfə koronavirusla bağlı analiz götürülüb. İlk gündə və bu gün verdiyim testin nəticələri neqativ çıxıb. Ağciyərlərimdə sətəlcəm aşkarlandığı üçün dərmanlar qəbul edirəm, təkrar rentgendən keçəcəyəm. Sağlamlığımda heç bir problem aşkar edilməsə, yaxın 3-4 gün ərzində evə buraxılacağam”.

Bu sözləri Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyev Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Sənətçi xəstəxanaya düşdüyü ilk günlərdə yaşadıqlarını belə nəql edib:

“Bir gün reanimasiyada oldum. Elə bildim ki, nəfəsim bir daha geri qayıtmayacaq. Bu təhlükəli və acınacaqlı anı yaşadım. Şəkərim 60 vahidə düşdü. Bir tərəfdən şəkərim, bir tərəfdən də ürəyimdəki problemlər... Xəstəliklərim birdən-birə baş qaldırdı. Xəstəxanada yoluxanların əksəriyyəti süni tənəffüs aparatına qoşulub. Burada vəziyyət həqiqətən ciddidir.

Ailəmlə görüşə bilməsəm də, onlarla mütəmadi telefonla əlaqə qururam. Şükürlər olsun ki, onlardan götürülən test nümunələrinin nəticələri də mənfi çıxıb”.

S.Əliyev xüsusilə gənclərin virusa laqeyd yanaşdıqlarını, onların potensial daşıcıya çevrilərək, təhlükə saçdığını söyləyib.

“Palatalar koronaviruslu xəstələrlə tam doludur. Hətta ötən gün koronavirusa yoluxmuş xəstələri klinikaya qəbul etmədilər. Çünki boş yer yoxdur. Vəziyyət olduqca gərgin və ciddidir.

Redaksiyanız vasitəsi ilə üzümü gənclərə tutub deyirəm ki, siz yaşlı insanları özünüz də bilmədən yoluxdura bilərsiniz. Cavanların immun sistemi güclüdür. Zənn edirlər ki, belə olduğu təqdirdə koronavirusa yoluxa bilməzlər. Lakin bu, doğru düşüncə deyil. Koronavirusa yoluxaraq, xəstəliyin daşıyıcısına çevrilirsən. Hansısa xəstəlikdən əziyyət çəkən bir şəxsin yanında olub, təmasa girsən, bilmədən onu da yoluxduracaqsan. Bu kimi xırda, lakin olduqca vacib məsələləri gənclər dərk etməlidir.

İnsanlar buna laqeyd yanaşırlar. Elə bilirlər ki, koronavirus yoxdur. Amma xəstəxanadakı vəziyyətin necə ağır olduğunu görsələr, bəlkə onda baş verənləri doğru anlayarlar. Burada körpə övladlarını üç aydır ki, görməyən həkimlər var.

Yoluxmanın sayının artığını görən həkimlərin vəziyyəti daha da gərginləşir. Onların tək istəyi xəstəliyin bitməsi və yenidən ailələrinə qovuşmaqdır.

Operativ qərargahın son addımını alqışlayıb, yüksək qiymətləndirirəm. Türkiyə kimi böyük dövlət bayram günlərində üç günlük ciddi karantin rejimini tətbiq etdi. Ölkəmizdə də bu cür qərarın verilməsi doğrudur”.скачать dle 11.3
Mojo.az Banner