Xuraman Şuşalı: “Nə qayınanamdan, nə də ki baldızımdan kömək gözləyirəm” - FOTO/VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:52 Rusiya XİN həmin məktubla bağlı açıqlama yaydı  |     22:26 Tehranda İran əsilli Almaniya vətəndaşı azadlığa buraxılıb  |     22:04 Bu ərazilərdə işıq olmayacaq  |     21:31 Biləsuvar məcburi köçkün qəsəbələrindən daha 20 ailə Cəbrayıla köçürülüb  |     21:22 Polis Kaliforniyadakı təxliyə zonalarında 68 nəfəri saxlayıb  |     21:09 Danimarka Arktik ərazilər üzrə Trampla dialoqa hazır olduğunu təsdiqlədi  |     21:05 Dələduzluqda təqsirləndirilən keçmiş vəkil Elman Paşayevə qarşı yeni ittiham: Həbs müddəti uzadıldı  |     20:51 Rusiya Estoniya XİN-in vitse-kanslerini qara siyahıya salıb  |     20:39 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     20:24 Ermənistanda deputat öldü  |     20:07 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     19:22 Tibetdə daha bir güclü zəlzələ baş verib  |     17:55 Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan olundu  |     17:47 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     17:26 İxracdan əldə olunan pulları ölkəyə qaytarmayan şəxslərlə bağlı cinayət işləri məhkəməyə göndərilib  |     15:53 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:19 Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi  |     14:06 Magistr olmaq istəyənlərin nəzərinə!  |     13:45 Həftəiçi keçiriləcək görüşlərin AFİŞASI (SİYAHI)  |     13:41 Goranboyda iki bacı tüstüdən zəhərlənib  |    

Xuraman Şuşalı: “Nə qayınanamdan, nə də ki baldızımdan kömək gözləyirəm” - FOTO/VİDEO

“Diş həkimimin yanına gedəndə mənə söylədi ki, muncuq kimi dişlərin var idi, onları uşaqlarına qurban verdin”.

Median.Az
xəbər verir ki, bu sözləri dörd uşaq anası müğənni Xuraman Şuşalı ATV telekanalında yayımlanan “7 canlı” axşam şousunda qonaq olarkən deyib.

Verilişin aparıcısı Vüsalə Əlizadənin “Nələri övladların üçün qurban verirsən?” sualına sənətçi belə cavab verib:

“Övlad dünyaya gəlirsə, mütləq şəkildə ana südü ilə böyüməlidir. Bu, uşağın sağlamlığı üçün çox önəmlidir. Çalışıram ki, zamanımın çox hissəsini övladıma ayırım. Özüm üçün heç bir şey istəmirəm. Mənim üçün əsas övladlarımdır. Onları böyütmürəm ki, gələcəkdə mənə baxsınlar. Allahdan istəyim odur ki, gələcəkdə buna möhtac olmayım. Heç kimdən kömək gözləmirəm. Nə qayınanamdan, nə də ki baldızımdan. Yükün altına özüm girirəm. Onda həm yükü daşıya bilirəm, həm də bunu bacarıram”.

Daha sonra X.Şuşalı rejissor həyat yoldaşı Elçindən gileylənib:

“Həyat yoldaşım şənbə və bazar günləri evdə olur. Ümidli oluram ki, Elçin uşaqların yeməyini verəcək, Elçin də ümidli olur ki, bunu mən edəcəyəm. Baxıram ki, övladlarım ac qalıb. Məhz bu səbəbdən yükün altına özüm girirəm”.

Qeyd edək ki, Xuraman Şuşalı və Elçin Məmmədov 2010-cu ilin avqustun 10-da ailə həyatı qurublar. Onların dörd övladı var.//oxu.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 654 01.06.20 22:49