Tanınmış prodüsser, aparıcı Tarix Əliyev (Tolik) adını çəkmədən depuatatlığa namizədə sərt ismarıc yollayıb.
Median.Az xəbər verir ki, Tolik idmançıların pulunu kəsmək istəyən namizəd haqda sərt fikirlər səsləndirib:
“Bəzən görürəm bir-iki deputatlığa namizəd var, ona cavab vermək istəyirəm. Mənə adını demək olmaz. Amma gördüm deyir ki, bu nədir, idmançılara 20-30 min pul verirsiniz, amma camaat burada acından ölür. Ay mən deyən, sən guya deputat olsan, çıxardıb 5 manat verəcəksən xalqın nümayəndəsinə? O idmançı illərini verib, 10 il, 20 il məşq edib, kasıbçılıqla, kirayə qala-qala gəlib bir medal qazanır, ona dövlət pul verir, bu da girib sənin kimi rüşvətxorların gözünə. Sənin deputat olmağındansa, olmamağın məsləhətdir.
Görürəm deyir ki, “Mən depuatat olsam, idmançıların pulunu kəsəcəyəm. Milli məclisdə deyəcəyəm ki, idmançılara o qədər pul verilməsin”.
İdmançıların qadası sənin ürəyinə olsun, sən deputat olmayacaqsan! İlhamə Quliyeva demiş, boynunun ardını görəndə deputat olacaqsan. Çünki kasıb ildə bir dəfə tərlə, o 3 dəqiqə yarışmada canını qoyur. Erməniyə uduzmaq var, onlar üçün bilirsiniz necə böyük travmadır? Onlar 10-15 min pul alır, o da girib sənin gözüvə. Amma demirlər ki, sənin kimilər gəlir deputat olandan sonra o dükana, bu dükana “day-daylıq” edir, ayda 10 min ordan alır. Ona görə də sən boynunun ardını görəcəksən!” (yenisabah)