ABŞ-da tanınmış repçi YG (əsil adı Kinon Cekson) oğurluqda şübhəli bilinərək saxlanılıb.
“CBS News”un məlumatına əsasən, Los-Anceles polisi 29 yaşlı musiqiçinin evində yanvarın 24-də axtarış aparıb.
Bildirilir ki, YG hüquq-mühafizə orqanları tərəfindən məhz bu axtarışdan sonra saxlanılıb.
Şerif musiqiçinin həbsinə dair şərh verməyib.
Qeyd edək ki, iki gündən sonra YG nüfuzlu “Grammy” mükafatının təqdimat mərasimində çıxış etməli idi.