Naibə Allahverdiyeva Türkiyəyə getdi - Həkimlər diaqnoz qoya bilməyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 “Apple” planşet istəyənlərə PİS XƏBƏR: Təkmilləşdirilmiş ekran olmayacaq  |     22:59 Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü  |     22:52 Bu il hər addımda şanslı olacaq BÜRCLƏR  |     22:44 “Apple” çoxdan gözlənilən cihazları mayda nümayiş etdirəcək  |     22:39 Ana 3 yaşlı qızını caduya görə öldürdü  |     22:31 Bakının bu rayonunda bu gecədən qaz kəsiləcək  |     22:26 İmişli-Biləsuvar yolunda “Prado” aşıb, ölənlər və xəsarət alanlar var  |     22:15 Elektron siqaretlərlə bağlı xəbərdarlıq – “Xərçəngə səbəb olur”  |     22:08 Əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək  |     22:02 Pilləkənlərlə qalxmaq ömrü uzadır  |     21:55 Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir? – AÇIQLAMA  |     21:49 Avtobusların arxasında “gizlənən” sürücülər - VİDEO  |     21:37 Moskva aeroportunda partlayış təhlükəsi elan edilib  |     21:31 40 azn rüsumu olan sağlamlıq arayışı mayın 1-dən kimlərə pulsuz veriləcək? - VİDEO  |     21:18 İstirahət günü hava necə olacaq?  |     21:01 ABŞ Gürcüstana qarşı siyasətində dəyişiklik edəcəyini açıqladı  |     20:55 Cəlilabadda minik avtomobili yanıb  |     20:46 Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var  |     20:38 Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib  |     20:31 Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb  |    

Naibə Allahverdiyeva Türkiyəyə getdi - Həkimlər diaqnoz qoya bilməyib

Xalq artisti Naibə Allahverdiyeva səhhətində yaranmış ciddi problemlərə görə Türkiyəyə yola düşüb.

Məsələ bağlı Oxu.Az-ın əməkdaşı N.Allahverdiyeva ilə əlaqə yaradıb.

Aktrisa həkimlərin ona düzgün diaqnoz qoymadıqlarına görə Türkiyəyə üz tutduğunu söyləyib.

"Bakıda xəstəliyimlə bağlı döymədiyim xəstəxana qapısı qalmadı. Bütün pullarım hədər getdi. Dərmanlara və müayinələrə verdiyim pulları saysam, ağzınız açıq qalar. Bir çox həkimlərə üz tutsam da, onlar xəstəliyimin tam diaqnozunu qoymaqda çətinlik çəkdilər.

Hətta həkim tomoqrafiyaya baxıb diaqnoz qoya bilmədi. Analizlərin cavablarını Türkiyənin məşhur xəstəxanalarının birinə yolladım. Müsbət cavab aldıqdan sonra qərar verdim ki, Türkiyəyə getməliyəm. Ümid edirəm ki, Türkiyədə dərdimə dərman tapılar və yenidən sağlamlığıma qovuşaram".

Qeyd edək ki, bir müddət bundan əvvəl Naibə Allahverdiyeva əsəblərinin pozulduğunu və qan təzyiqindən əziyyət çəkdiyini bildirmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 611 10.09.19 19:12