Həkimlər valideynlərə uşaqlarının sağlamlığı ilə bağlı mühüm xəbərdar ediblər.
Median.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, valideynlər uşaqlara qazlı içkilərdən, tez hazırlanan qidalardan, paketlənmiş məhsullardan uzaq tutmağı tövsiyə edir. Texnoloji cihazların qarşısında isə iki saatdan artıq oturmağa icazə verilməməlidir. Eləcə də, kompüter və digər texnoloji cihazların qarşısında yemək yemələrinə imkan verilməməlidir. Bütün bunlar şəkər xəstəliyinə, təzyiq, artıq çəki, piylənmə və ürək xəstəliklərinə yol aça bilər. Uşaqların bir çox xəstəliklərinin yaranma səbəblərindən biri də fiziki hərəkətlərdən uzaq olmalarıdır.
"Hətta ana hamilə zamanı düzgün qidalanmayanda da uşağın xəstə doğulmasına səbəb ola bilir. Şirin və yağlı qidalar da xəstəliklərə yol açır. Ona görə də qatıq, süd və bu kimi qidalara üstünlük verilməlidir. Eyni zamanda yuxuya da diqqət etmək lazımdır", - deyə diyetoloq Betül Dəmir əlavə edib.