Vəfat edən insanlarda xərçəng dərmanı aşkarlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:42 Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR  |     19:19 Həbsdə olan icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir  |     19:18 Ermənistan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir  |     19:17 Azərbaycanda həbsdə olan beynəlxalq kibercinayətkar şəbəkənin üzvünün müraciətinə baxılıb  |     19:17 Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi ilə bağlı Kobaxidzeyə məlumat verib  |     19:16 İstanbulda saxta spirtli içkidən ölən Özbəkistan vətəndaşlarının sayı 23-ə çatıb  |     19:15 Qəzza zolağından İsrailin iki, Tailandın beş vətəndaşı azad edilib  |     19:15 Dörd ölkənin bəzi ərazilərindən ət və quşçuluq məhsullarının Azərbaycana idxalına qadağa qoyulub  |     19:14 Mingəçevirdə ötən həftə maşın vuran piyada xəstəxanada ölüb  |     19:13 Azərbaycanda internet infrastrukturunun İnkişafı: Son illərin nəticələri  |     19:13 Azərbaycanı Fransada keçiriləcək "Böyük Dəbilqə"də 10 cüdoçu təmsil edəcək  |     19:13 "İslami Cihad" azad ediləcək iki girovu qaytarıb  |     19:12 Yanvarın son gününə olan hava proqnozu açıqlanıb  |     19:11 Azərbaycandakı valyuta hərraclarındakı satış 20 %-ə yaxın artıb  |     19:06 İlkin tibbi sanitariya yardımı xidməti ilə bağlı İşçi Qrup yaradılıb  |     19:06 Gəncədə 31 tüfəng polisə təhvil verilib  |     19:05 İranda ərzaq bahalaşıb  |     19:05 UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulacaq  |     19:04 Sumqayıtda silah-sursat aşkarlanıb  |     19:04 Salyanda 4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb  |    

Vəfat edən insanlarda xərçəng dərmanı aşkarlandı

ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri hantinqton xəstəliyindən əziyyət çəkən xəstələrdə xərçəng riskinin 80 faiz aşağı düşdüyünü müəyyən edib.

Məlum olub ki, şişli hüceyrələr sinir hüceyrələrini zədələyən hantinqton zülalının qüsurlu formasına qarşı həssasdır.

Oxu.Az xəbər verir ki, bu barədə “MedicalXpress” pres-relizində bildirilir.

Hantinqton xəstəliyi - HTT genində CAG nukleotid tripletlərinin çoxalmasından qaynaqlanan və hantinqtinləri kodlaşdıran genetik sinir sistemi xəstəliyidir. Nəticədə zülalda qlutamin aminoturşusunun həddindən artıq çoxluğu müşahidə olunur.

Bu striatumun – kəllə beynin hərəkətverici reaksiya və şərti reflekslərə nəzarət edən hissəsinin atrofiyasına yol açır, sonrakı mərhələlərdə isə beyin qabığının zədələnməsi müşahidə edilir.

Xəstəliyin müalicəsi yoxdur və ilk simptomların meydana gəlməsindən sonra 15-20 il ərzində ölümlə nəticələnir.

Siçanlar üzərində aparılan sınaqlara əsasən, hantinqinlərin yumurtalıqların xərçəngli toxumalarına yeridilməsi, hər hansı əks təsirlər olmadan şişin inkişafını ləngidir. Preparat digər bədxassəli şişlərdə, o cümlədən süd vəzisi, prostat vəzi, qaraciyər, beyin, ağciyər, dəri və yoğun bağırsağın şişlərində sınaqdan keçirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 279 14.02.18 11:01