Pediatr: D vitamini qaraciyər və böyrək xəstəliyi olan uşaqların orqanizminə inyeksiya şəklində yeridilməlidir » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:26 "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq  |     17:18 Qəzzada ölənlərin sayı 44 minə yüksəldi  |     16:51 Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb  |     16:42 Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir  |     16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |     16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |     15:43 Filippində tayfunlarının yaratdığı fəlakətlərdə 12 nəfər həyatını itirdi  |     15:33 Gələn il bu pensiya 400 manatdan çox olacaq  |     15:22 Bakıda tikintidə FACİƏ: 69 yaşlı usta yıxılıb öldü  |     15:11 Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - Hamının gözlədiyi cavab (VİDEO)  |     15:04 Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq  |     14:36 Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik  |     14:26 Zaxarova: "Moskva COP29-un Bakıda mükəmməl təşkilini yüksək qiymətləndirir"  |     14:13 Sahil Babayev: Əlilliyin təyin olunması ilə bağlı problemi olanlar bizə müraciət etsinlər  |     13:56 Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır?  |     13:47 AzTU-da 3 aydır tələbə təqaüdləri verilmir? - Universitet aydınlıq gətirdi  |     13:27 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir  |    

Pediatr: D vitamini qaraciyər və böyrək xəstəliyi olan uşaqların orqanizminə inyeksiya şəklində yeridilməlidir

Uşaqlarda sağlamlıq göstəricilərindən biri də boyun artımıdır. Boy inkişafına əngəl yaradan səbəblər fizioloji və patoloji ola bilər. Fizioloji problemlər, xüsusilə genetika, patolojilər isə orqanizmdə baş verən xəstəliklərlə əlaqədardır.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim-pediatr Afət İbrahimli uşaqlarda boy qısalığı barədə danışarkən söyləyib.

Pediatr bildirib ki, uşaqlarda boyun inkişafının ləngiməsi dövrün aktual problemlərindəndir: "Uşaqların boyu genetik səbəblərdən valideynlərinin boyuna uyğun olur. Genetik meyillər nəzərə alınmaqla, uşaqların boyunu xüsusi düstur ilə hesablamaq mümkündür. Düstura əsasən, ananın boy göstəricisi ilə atanın göstəricisi toplanaraq 2-yə bölünür. Müəyyən edilir ki, uşağın boyu alınan ədəddən 6 vahid çox və ya az ola bilər. Oğlanların 19-20, qızların isə 17-18 yaşlarında bu düstur ilə hesablama aparıb boyun maksimum nə qədər ola biləcəyi barədə məlumat əldə etmək mümkündür.

Patoloji boy geriliyinin bir çox səbəbləri var. Boy artımının ləngiməsi şikayəti ilə müraciət edənlərin təxminən 80 faizində patoloji boy geriliyinə rast gəlinir. Buna səbəb boy geriliyindən şikayət edən xəstənin yanaşı xəstəlikləridir. Diaqnostika zamanı, ilk növbədə, sol əl-biləyin rentgenoqrafiyası edilir və boyun artma ehtimalı falanqalar arasındakı müəyyən böyümə zonalarına əsasən müəyyən olunur. Nəzərə almaq lazımdır ki, uşağın kəmik yaşı ilə, bioloji yaşı fərqlidir. Kəmik yaşı uşağın bioloji yaşından az ola bilər. Yəni, bu da boy artımının əsas göstəricilərindəndir. Orqanizmi idarə edən bir sıra endokrin vəzilər var. Boy artımını təmin edən endokrin vəzilərdən biri də hipofizdir. Valideynlər bilməlidir ki, endokrin vəzilərində problemi olan uşaqların boy artımı ləngiyə bilər".

A.İbrahimli deyib ki, körpələrdə boyun inkişafı ana bətnində olarkən başlayır: "Gələcəkdə övladının boyunun uzun olmasının istəyən analar hamiləlik dövründə sağlam qidalanmalı, zərərli vərdişlərdən uzaq durmalıdırlar. Uşağın ən sürətli böyümə dövrü bir yaşa qədərdir. Yəni bir il ərzində uşaqlarda təxminən 25 santimetr boy artımı baş verir. Bu müddət ərzində uşaqlarda, hətta hansısa patologiya olsa da, boy uzanır. Körpənin birinci ilinin ilk aylarında boy daha çox uzansa da, sonra proses tədricən zəifləyir".

Boy artımını ləngidən əsas səbəblərdən birinin D vitamini əskikliyi olduğunu bildirən həkim-pediatr protokollara əsasən, körpəyə iki həftəliyindən iki yaşına qədər bu vitamini qəbul etdirməyin vacibliyini vurğulayıb: "D vitamini uşağın iki yaşından sonra onun gündəlik tələbatına uyğun olaraq müəyyən edilir. Bu yaşlarda uşağa D vitamini verən valideynlərə məsləhət görərdim ki, ildə ən azı bir dəfə analiz verərək vitamininin qandakı miqdarını yoxlatdırsınlar. Əgər qanda D vitamininin miqdarı normadan aşağı olarsa, dozalanma müalicəvi olaraq həyata keçirilməlidir. Apteklərdə satılan D vitamini preparatlarının qablaşdırmalarının üzərində qeyd edilən profilaktik dozadır. Həmin doza ilə uşağın D vitamininə olan tələbatını ödəmək mümkün deyil. Nəticədə, uşağın boyunda geriləmə müşahidə edilə bilər".

Pediatrın dediyinə görə, qaraciyər və yaxud da böyrəklərlə əlaqədar autoimmun xəstəlikləri olan uşaqlarda da boy geriliyinə rast gəlinir. Çünki qəbul edilən D vitamini yalnız müəyyən mərhələlərdən keçdikdən sonra orqanizm tərəfindən mənimsənilir. Qaraciyər və ya böyrək xəstəliyi olan uşaqların orqanizmi isə oral yolla və yaxud da günəşdən alınan D vitaminini mənimsəyə bilmir. Belə uşaqlarda D vitamini orqanizmə inyeksiya şəklində yeridilir. Yalnız bundan sonra boyda artım baş verir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            807 04.08.21 23:03