Təzyiq niyə qalxır? - SƏBƏBLƏRİ VƏ MÜALİCƏSİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:26 "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq  |     17:18 Qəzzada ölənlərin sayı 44 minə yüksəldi  |     16:51 Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb  |     16:42 Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir  |     16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |     16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |     15:43 Filippində tayfunlarının yaratdığı fəlakətlərdə 12 nəfər həyatını itirdi  |     15:33 Gələn il bu pensiya 400 manatdan çox olacaq  |     15:22 Bakıda tikintidə FACİƏ: 69 yaşlı usta yıxılıb öldü  |     15:11 Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - Hamının gözlədiyi cavab (VİDEO)  |     15:04 Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq  |     14:36 Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik  |     14:26 Zaxarova: "Moskva COP29-un Bakıda mükəmməl təşkilini yüksək qiymətləndirir"  |     14:13 Sahil Babayev: Əlilliyin təyin olunması ilə bağlı problemi olanlar bizə müraciət etsinlər  |     13:56 Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır?  |     13:47 AzTU-da 3 aydır tələbə təqaüdləri verilmir? - Universitet aydınlıq gətirdi  |     13:27 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir  |    

Təzyiq niyə qalxır? - SƏBƏBLƏRİ VƏ MÜALİCƏSİ

Hipertoniya – yüksək təzyiq xəstəliyidir. Əgər bu problem yarandısa, çox zaman xroniki hala keçir və insan ömür boyu onunla mübarizə aparıb, dərmanlarını qəbul edir.

Çox zaman səhvən elə bilirlər ki, təzyiqin səbəbi baş və ya ürəklə bağlıdır. Əslində isə hər təzyiq xəstəsinin öz səbəbi var.

Medicina.az arterial təzyiqin normadan yüksəlməsinin 3 əsas səbəbi və inkişaf mexanizmini təqdim edir.

Bütün təzyiq xəstələrinin məlumatlanması vacibdir ki, öz təzyiqlərinin səbəbini bilsinlər.

Hələ 3-4 il əvvələ kimi tibb təzyiqdən əziyyət çəkən xəstəyə birinci şikayətdən sonra müəyyən sinfə məxsus və bir qədər yüngül tərkibli dərman təyin edirdilər. O effektsiz olduqda isə başqa dərmana keçirdilər, beləcə sadəcə dərmanlar və dozaları dəyişirdi.

Zamanla bu yanaşma və müalicənin yanlış olduğu, həkimi də, xəstəni də çarəsiz vəziyyətə gətirdiyi sübut olundu.

Təzyiq mədədə yara xəstəliyi deyil ki, konkret müalicə protokolu və buna uyğun müasir bir neçə dərmanı verib yaranın vəziyyətinə baxasan.

Təzyiq xəstəsində hər pasiyentinin özünün səbəbi, mexanizmi və fərdi tənzimləyici sxemi var. Ona uyğun dərman seçmək isə çətindir.
Xəstədə təzyiqin nədən qaynaqlandığını və 3 mexanizmdən hansının baş verdiyini tapıb, ona uyğun müalicə seçilməlidir.

Beləliklə, yüksək təzyiqin 3 əsas yaranma mexanizmi var.

1. Adrenalin əsaslı – simpatik adrenalin

2. Böyrək – renin anqiotenzin

3. Duz-maye balansı

1. Adrenalin mexanizmində səbəbkar orqan böyrəküstü vəziləridir. Onların hasil etdiyi adrenalin miqdarı və ürək-damar sisteminə təsirindən təzyiq yüksələ bilər.

Bu təzyiqin xarakter əlamətləri:

- Daha çox gənc yaşlılarda olur
- Təzyiqin ancaq yuxarı həddi – yəni sistolik təzyiq yüksəlmiş olur
- Ürək ritmi, nəbz sürətlənir
- Ürək müayinəsində ürək atımı yüksəkdir
- Ovuclar, dabanlar buz kimi olur
- Nevroz, təşvişli, emosional, gərgin olurlar
- Təzyiqlərinin qalxdığını ürəkdə narahatlıqla hiss edirlər – sıxılma, yanma, döyüntünün artması, çırpınma

Necə müalicə edilir:

İlk olaraq beta adrenoblokator dərmanlarla (bisoprolol, metoprolol və s) başlanılır. Bu sinifdən olan dərmanlar adrenalinin ürəyə atışını blok edir. Böyrəküstü vəzilər həmişəki kimi adrenalini yüksək hasil etsə də, ürək bunu görmür, hiss etmir.

Beta blokatorlar bəzən bronx spazm, öskürək, kişilərdə cinsi disfunksiya, ereksiya pozulması yaradır. Ona görə gənc, yeni evlənən, ata olmağa hazırlaşan kişilərə ehtiyatla təyin edilir.

Həyat tərzi:

Dərmandan əlavə müntəzəm fiziki iş, idman, iş və istirahət rejiminin tənzimlənməsi, zərərli vərdişlərdən imtina, yaxşı yuxu, gəzmək

Əsas əlamətləri:

- Orta yaşda insanlarda çox olur
- Həm sistolik – yuxarı, hər də diastolik aşağı təzyiq artır
- Nəbz normada olur
- Ürək USM-də normaldır
- Daban və əllər istidir, normaldır
- Xəstə təzyiqinin artdığını başında, ənsədə ağrı, sıxılma ilə hiss edir

Necə müalicə olunur:

APF ingibitorlaı – enalapril, ramipril və s və ya sartanlar – valsartan, azilsartan ilə başlayır. Effekt olmadıqda kalsium antaqonistləri əlavə olunur: Ampodipin, felodipin və s. Bu dərmanlar rininin damarlara təsirini azaldır

Kriz zamanı nə etməli:

Dil altına kaptopril dərman qoyulur.

3. Bədəndə artıq mayenin toplanması, su duz maye balansının pozulması

Bu təzyiqin əlamətləri:

- Pasiyentlər 50-60 yaş üzəri olur
- Həm aşağı, həm yuxarı təzyiq rəqəmləri, daha çox yuxarı göstərici artır
- Puls normadadır
- ürək atımı fraksiyası UZİ-də aşağı sərhəddədir
- Daban və oruclar istidir
- Piylənmə, bel hissənin ölçüsünün artması
- Ayaqlarda, əldə şişkinlik, ödem
- Xəstə adətən başında sıxılma, yanma, gözlərdə ağrı, yəni başdan təzyiqinin qalxdığını hiss edir

Necə müalicə edilir:

- Əsas dərmanlar sidikqovuculardır – hidroxlortiazid, torasemid – bunlar digər sinif dərmanlarla birgə təyin edilir

- Xörək duzu, duzlu qidalar, alkoqol, şəkər, yağların qəbulu azaldılır

Kriz zamanı hər hansı güclü sidikqovucu içilir. Məsələn: furasemid.

Klassik təzyiq inkişafı: əvvəl bir az gənc yaşda adrenalin mexanizmi ilə başlayır, sonra buna böyrək qoşulur, gec mərhələdə maye durğunluğu olur.

Hazırda bir xəstədə eyni zamanda 2 mexanizmin olması aşkarlanması halları çoxdur. Buna qarışıq hipertenziya deyilir.

Ona görə də hər təzyiq xəstəsinin dərmanı, müalicəsi eyni ola bilməz.

Burdan belə nəticəyə gəlinir:

- Tanış, qohum, dost, aptekdə işçi məsləhəti ilə özünü müalicə, dərman təyini, dərman qəbul etmək olmaz. Ona görə çox xəstələr dərmanın təsir etmədiyini deyir

- Birinci dəfə təyin edilən müalicənin illərlə və həmişəlik effektiv olması demək deyil. Müalicələr dəyişə bilər

- Təzyiq əgər son 1 ayda daim normadan yüksəlibsə, deməli, dərhal müalicəsinə başlanmalıdır. Aylarla gözləmək olmaz.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 860 27.04.21 22:16