Böyüklər kimi uşaqlarda da saç tökülməsi olur. Bu, bir çox hallarda normal proses olsa da, bəzən hansısa xəstəlik nəticəsində baş verir. Saç tökülməsi həm saçın, dərinin problemi, həm də hansısa xəstəliyin əlaməti də ola bilır.
Median.Az xəbər verir ki, pediatrlar uşaqlarda saç tökülməsi ilə bağlı bəzi məqamları açıqlayıblar.
Onların fikrincə, doğuşdan sonrakı aylarda saç tökülməsi adi haldır. Allergik uşaqlarda başın arxasının sürtülməsi ilə daha çox olur. Hər gün 100-ə qədər saç tökülməsi normaldır. Saç tökülməsinə alopesiya deyirlər. Yerli və yayılmış ola bilər. İnfeksion, genetik, endokrin, revmatik, toksik, qidalanma səbəblərindən ola bilər. Dəmir azlığı, sink defisiti, qalxanvarı vəzi xəstəliklərində də çox rast gəlinir.
Qız uşaqlarında Afrika tipli saç hörgüsü də keçəlliyə səbəb ola bilər. Stresli uşaqlar tükləri özləri yola bilərlər. Buna trixotillomaniya deyirlər. Səbəbi araşdırıldıqdan sonra uyğun mütəxəssisə yönləndirmək ən doğru addımdır. (publika.az)