İmmunitetin möhkəmləndirilməsi üçün su qəbul edilməsi mühüm şərtdir » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:46 Yarım milyon manatı mənimsəyən direktor məhkəmənin qərarından narazıdır  |     11:11 Bakıda qadınlar arasında dava: Yaralı xəstəxanaya qaldırıldı  |     22:59 Rüfət Səfərova qarşı xuliqanlıq və dələduzluq maddəllərilə ittiham irəli sürülüb  |     22:56 İran Suriyaya qoşun göndərə bilər - Əraqçi  |     22:50 "BakıKart" problemi nə vaxt həllini tapacaq? - RƏSMİ AÇIQLAMA  |     22:41 Salyanda idarə müdiri işdən ÇIXARILDI  |     22:35 Kobaxidze onları HƏDƏLƏDİ  |     22:28 Xalq artisti məhkəmədən sonra nələr dedi? - "Onun aldığı maaşın 3 qatını verməsəm kişi deyiləm" - VİDEO  |     22:22 Mask: ABŞ faktiki iflasa yaxınlaşır  |     22:10 Zelenski Ukraynada yeni raketlərin sınaqdan keçirildiyini açıqlayıb  |     22:00 Cənubi Koreyada hərbçilər parlamentin binasını tərk ediblər  |     21:47 Tbilisidə etirazlar zamanı ümumilikdə 143 polis əməkdaşı xəsarət alıb  |     21:40 Kreml Putin-Ərdoğan telefon danışığına dair məlumat yayıb  |     21:36 Xırdalanda yaşayış binasında yanğın baş verib, 23 nəfər təxliyə olunub - VİDEO  |     21:30 Almaniya Ukraynaya humanitar yardım çərçivəsində 30 milyon avro ayıracaq  |     21:24 Rüfət Səfərov saxlanıldı  |     20:37 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı  |     20:15 Suriya ordusu Həmaya əlavə qüvvələr göndərir  |     19:59 "Beşiktaş"ın yeni prezidenti dekabrın 29-da məlum olacaq  |     19:31 Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri XİN-ə çağırılıblar  |    

İmmunitetin möhkəmləndirilməsi üçün su qəbul edilməsi mühüm şərtdir

Təkcə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı deyil, digər infeksion xəstəliklərə qarşı mübarizədə immunitet sisteminin güclü olması çox əhəmiyyətli rol oynayır. İmmunitet sistemi fərdi xarakter daşısa da, onun gücləndirilməsi mümkündür. Bu sahədə mövsümü meyvələrlə qidalanmaq və gün ərzində çoxlu maye qəbul etmək əhəmiyyətli rol oynayır.

Median.Az
bildirir ki, həkim-terapevt Sübhan Hacıyev su qəbulu qaydaları barədə AZƏRTAC-a məlumat verərək deyib: "Hər kəs öz bədən çəkisini 0,5-ə vurmaqla alınan rəqəmin onun mayeyə olan tələbatını öyrənə bilər. Məsələn, çəkisi 80 kiloqram olan insan gün ərzində 4 litr maye qəbul etməlidir. Yaxşı olar ki, onun 2 litri təbii su, qalanı isə qəbul edilən duru yeməklər, içilən çay və mayelərdən ibarət olsun. Ən azı mayenin 50 faizinin təbii su olması mütləq şərtdir".

"Lakin həddindən çox ifrata da varmaq olmaz, çünki su intoksikasiyası deyilən bir anlayış da var. Suyu qədərindən çox içmək ona qarşı ikrah hissi, ürəkbulanma yaradır və o yerə gəlib çıxır ki, su qəbul edilməsi tamamilə dayandırılır. Suyun yaratdığı köp, mədə-bağırsaq traktının pozulması, ishal və s. hallar olur. Ona görə də bunları nəzərə almaq lazımdır", - deyə həkim-terapevt əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 563 20.01.21 23:06