Qoşunların təmas xəttində erməni hərbçisi öldürülüb.
Median.Az-ın Ermənistan mətbuatına istinadən məlumatına görə, işğalçı erməni ordusunda xidmət edən 1987-ci il təvəllüdlü müddətdən artıq hərbi qulluqçusu Qor Avqanoviç Sarkisyan ölümcül güllə yarası alıb.
Qeyd edilir ki, Qora Sarkisyan 2016-cı ildən Ermənistan Silahlı Qüvvələrində xidmət edib.
Hadisənin detallarını aydınlaşdırmaq üçün araşdırma aparılır.