Ermənistan məngənədə - Azərbaycanın hərbi gücünün artması ciddi narahatlıq doğurur - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:56 Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib  |     17:45 Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib  |     17:26 "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq  |     17:18 Qəzzada ölənlərin sayı 44 minə yüksəldi  |     16:51 Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb  |     16:42 Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir  |     16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |     16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |     15:43 Filippində tayfunlarının yaratdığı fəlakətlərdə 12 nəfər həyatını itirdi  |     15:33 Gələn il bu pensiya 400 manatdan çox olacaq  |     15:22 Bakıda tikintidə FACİƏ: 69 yaşlı usta yıxılıb öldü  |     15:11 Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - Hamının gözlədiyi cavab (VİDEO)  |     15:04 Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq  |     14:36 Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik  |     14:26 Zaxarova: "Moskva COP29-un Bakıda mükəmməl təşkilini yüksək qiymətləndirir"  |     14:13 Sahil Babayev: Əlilliyin təyin olunması ilə bağlı problemi olanlar bizə müraciət etsinlər  |     13:56 Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır?  |    

Ermənistan məngənədə - Azərbaycanın hərbi gücünün artması ciddi narahatlıq doğurur - FOTO

Azərbaycan artıq uzun illərdir ki, onlarla dövlətlərlə, o cümlədən qonşu dövlətlərlə müxtəlif səviyyələrdə hərbi və hərbi-texniki əməkdaşlıq edir və bu əməkdaşlığın miqyası və coğrafiyası getdikcə genişlənir. Lakin ölkəmizin hərbi əlaqələrinin genişlənməsindən ciddi narahatlıq keçirənlər də var. Xüsusən, Ermənistan Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli hərbi əlaqələrinin güclənməsindən və bu formata İranın da qoşula biləcəyindən qorxur. Təsadüfi deyil ki, erməni KİV-ləri Azərbaycanın qonşu ölkələrlə hərbi əməkdaşlığını genişləndirməsini rəsmi Bakının Ermənistanın blokadasının gücləndirməsinə cəhd kimi qələmə verirlər.

Qeyd edək ki, fevral ayında İran İslam Respublikasının müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində İran nümayəndə heyəti Bakıda Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlər keçirib, hərbi və hərbi-texniki əməkdaşlığa dair müzakirələr aparııb.

Bir neçə gün əvvəl isə Gürcüstanın Müdafiə naziri Levan İzoria Azərbaycanda oldu və həmkarı general-polkovnik Zakir Həsənovla görüşdü. Səfər çərçivəsində Azərbaycanla Gürcüstan arasında 2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalandı. Müzakirələrdə, həmçinin hərbi əməkdaşlığın regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli və NATO-nun keçirdiyi proqramlar çərçivəsində, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparılması və bu əməkdaşlığın fəaliyyət sahələrinin daha da genişləndirilməsinin vacibliyi vurğulandı.

O da məlumdur ki, Azərbaycan müstəqilliyinin elə ilk günlərindən Türkiyə ilə strateji müttəfiqlik münasibətləri qurub və və bu fonda iki ölkə arasında çox sıx hərbi əməkdaşlıq mövcuddur. İki ölkənin silahlı qüvvələrinin müxtəlif təyinatlı bölmələri birgə təlimlərdə iştirak edir, təhsil və təcrübə mübadiləsi proqramları həyata keçirir. Və bu əlaqələr hər ötən gün, ay, il getdikcə dərinləşir.

Azərbaycan, həmçinin Rusiya, Ukrayna, Belarusla da hərbi və hərbi-texniki əməkdaşlığını genişləndirir. Məqsəd isə ölkəmizin müdafiə qabiliyyətinin, ordunun maddi-texniki təchizatının və döyüş qabiliyyətinin yaxşılaşdırılması, kadr potensialının daha da artırılmasıdır.

O zaman Ermənistan Azərbaycanın digər dövlətlərlə hərbi əməkdaşlığını genişləndirməsindən niyə bu qədər narahatdır? Məsələ ilə bağlı yaranmış hərbi-siyasi vəziyyəti Milli.Az-a şərh edən veteran hərbçi, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Azərbaycanın digər ölkələrlə hərbi əməkdaşlığı heç vaxt hər hansı üçüncü dövlətə qarşı yönəlməyib:  
"Bəli, bu gün Azərbaycan Silahlı Qüvvələrinin qonşu dövlətlərin orduları ilə əməkdaşlığı var. Amma bu siyahı təkcə qonşu dövlətlərlə məhdudlaşmır, daha geniş miqyasa malikdir. Türkiyə, Gürcüstan, İran qonşularımızdır və bizim onlarla ümumi sərhədlərimiz var. Eləcə də Rusiya ilə çox sıx əlaqələrimiz var. Bu ölkələrlə bizim birgə hərbi təlimlərimiz keçirilir, hərbi təhsil proqramları çərçivəsində mütəxəssislər hazırlanır, təcrübə mübadiləsi aparılır. Amma Azərbaycanın siyasəti bütün dövlətlərlə sülh platformasından çıxış edir. Bunu dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev də dəfələrlə bəyan edib. Ona görə də Azərbaycanın hər hansı digər dövlətlə hərbi əməkdaşlığı üçüncü dövlətə qarşı yönəlməyib".

Ermənistanın narahatlığına gəlincə, hərbi ekspert hesab edir ki, bu təbiidir: "Amma onlar ona görə narahat olmur ki, Ermənistan bundan blokadaya düşə bilər, xeyr. Onlar bu gün Azərbaycan Silahlı Qüvvələrinin necə inkişaf etdiyini, gücləndiyini, necə peşəkar səviyyəyə qalxdığını görürlər. Ermənilər Azərbaycan ordusunun keçirdiyi təlimlərdən də narahat olurlar. Səbəb isə odur ki, onlar yaxşı bilirlər ki, ordumuz gücləndikcə, təkmilləşdikcə bir o qədər öz torpaqlarını işğaldan azad etməkdə israrlı və imkanlı olacaq. Bütün bunların fonunda Ermənistan tərəfi onları gözləyən aqibətə görə narahatdır. Bu narahatçılığa son qoymağın isə bircə düzgün yolu var. O da Ermənistan ordusunun işğal etdiyi Azərbaycan torpaqlarından, Dağlıq Qarabağ və ətraf rayonlardan geri çəkilməsidir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 513 13.03.18 12:07