Beynəlxalq Ordu Oyunları bu il iyulun 28-dən avqustun 11-dək altı dövlətin - Rusiya, Azərbaycan, Belarus, İran, Qazaxıstan və Çinin ərazisində keçiriləcək.
Oxu.az xəbər verir ki, bu haqda Moskvada keçirilən konfransda Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığı Baş İdarəsinin rəisi, general-leytenant İvan Buvaltsev bildirib.
Onun sözlərinə görə, oyunlarda iştirak üçün 2018-ci il martın 1-nə doqquz ölkədən 74 komanda müraciət edib.
Qeyd edək ki, hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələrinin “Dəniz kuboku”, “Tank biatlonu”, “Artilleriya atəşinin ustaları”, “Snayper həddi” və “Səhra mətbəxi” müsabiqələrində iştirakı, o cümlədən “Dərinlik” və “Qoşun kəşfiyyatının əlaçıları” müsabiqələrində müşahidəçi qismində təmsil olunmaları planlaşdırılır.