MN: “Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə ört-basdır etməyə çalışır” » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:31 Vəzifəli şəxs ağır qəzada həlak oldu  |     21:20 Fransa I rübdə Ukraynaya “Mirage” qırıcıları göndərəcək  |     21:10 Bu ərazilərdə qaz olmayacaq  |     20:54 Konqoda nümayişçilər ABŞ səfirliyinin qarşısına toplaşıblar  |     20:42 Salyanda ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB  |     20:36 Şirvanda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb  |     20:34 Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb - VİDEO - YENİLƏNİB  |     20:28 Taksi ilə daşınmalar xeyli azaldı  |     20:20 Bu ərazi qazsız qalacaq  |     20:12 Azərbaycan Karate Federasiyasında yeni komitə yaradıldı  |     20:04 Bakıda bu dəmir yolları yenidən istifadəyə qaytarılacaq  |     19:56 Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum oldu  |     19:49 Xırdalan şəhərində yaşayanlara ŞAD XƏBƏR  |     19:42 Salyanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var  |     19:31 Bakının nəqliyyat sisteminin üzləşdiyi çağırışlar açıqlanıb  |     19:17 Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları formalaşdırılacaq  |     19:07 Pensiya alanlara VACİB XƏBƏR - Yanvar ayının ödənişləri…  |     18:53 Bakıda çoxmərtəbəli yaşayış binası YANIR  |     18:36 Qırmızı dənizdə yük gəmisində partlayış baş verib  |     18:25 Bakının hansı küçələrində sıxlıq var?  |    

MN: “Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə ört-basdır etməyə çalışır”

Azərbaycan Respublikası Müdafiə Nazirliyi fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə rəsmi məlumat verib.

Atəşin bu koordinatlarda (40° 05' 04” N; 45° 52' 28” E coğrafi koordinatlarda) yerləşən Ermənistan silahlı qüvvələrinin postundan açıldığı dəqiqliklə müvafiq müşahidə vasitələri ilə təsbit edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan bir müddət sonra Ermənistanın Müdafiə Nazirliyi törətdiyi silahlı təxribatı ört-basdır etmək məqsədilə guya atəşin bölmələrimiz tərəfindən açılması barədə məlumat yaymış və bu dezinformasiyanı inandırıcı etmək məqsədilə bölmələrimizin mövqelərinin koordinatlarını da qeyd edib.

Bildiririk ki, həmin istiqamətdən bölmələrimiz tərəfindən atəş açılmamış və şərti sərhəddə sabitliyin davamlılığını təmin etmək üçün qarşı tərəfin təxribatı ilə bağlı cavab tədbiri görülməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 151 24.02.24 20:18