"Qisas əməliyyatı"nda 5 erməni hərbçi məhv edilib - VİDEO (YENİLƏNİB) » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:40 Bakıda tikiləcək 10 yeni metro stansiya ilə bağlı detallar açıqlandı  |     21:31 Vəzifəli şəxs ağır qəzada həlak oldu  |     21:20 Fransa I rübdə Ukraynaya “Mirage” qırıcıları göndərəcək  |     21:10 Bu ərazilərdə qaz olmayacaq  |     20:54 Konqoda nümayişçilər ABŞ səfirliyinin qarşısına toplaşıblar  |     20:42 Salyanda ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB  |     20:36 Şirvanda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb  |     20:34 Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb - VİDEO - YENİLƏNİB  |     20:28 Taksi ilə daşınmalar xeyli azaldı  |     20:20 Bu ərazi qazsız qalacaq  |     20:12 Azərbaycan Karate Federasiyasında yeni komitə yaradıldı  |     20:04 Bakıda bu dəmir yolları yenidən istifadəyə qaytarılacaq  |     19:56 Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum oldu  |     19:49 Xırdalan şəhərində yaşayanlara ŞAD XƏBƏR  |     19:42 Salyanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var  |     19:31 Bakının nəqliyyat sisteminin üzləşdiyi çağırışlar açıqlanıb  |     19:17 Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları formalaşdırılacaq  |     19:07 Pensiya alanlara VACİB XƏBƏR - Yanvar ayının ödənişləri…  |     18:53 Bakıda çoxmərtəbəli yaşayış binası YANIR  |     18:36 Qırmızı dənizdə yük gəmisində partlayış baş verib  |    

"Qisas əməliyyatı"nda 5 erməni hərbçi məhv edilib - VİDEO (YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, DSX-nin həyata keçirdiyi "qisas əməliyyatı" nəticəsində 4 erməni hərbçisi məhv edilib, bir nəfər isə ağır yaralanıb.

Daha bir erməni hərbçi eyni istiqamətdə ölüb.

1984-cü il təvəllüdlü Qor Razmiki Asatryan da digərləri kimi "Torpaq Mühafizəsi" hərəkatının üzvü olub.

* * * * *

13 fevral tarixində DSX-nin “qisas əməliyyatı” keçirməsi nəticəsində 4 erməni hərbçi məhv edilib.


Ermənistan Müdafiə Nazirliyi sözügedən hərbçilərin adlarını açıqlayıb.

Məlumata görə, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu ilə birgə məhv edilən hərbçilər bunlardır:

Edvard Arutyunyan (1974), Qaqik Manukyan (1982), Arsen Hambardzumyan (1979) və Hraçya Hovhannisyan (1957).

* * * * *

Xəbər verdiyimiz kimi, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.

Avtosfer.az xəbər verir ki, əməliyyat nəticəsində məhv edilən erməni hərbçilərin sayı artaraq dördə çatıb. Həmçinin bir nəfər ağır yaralanıb. Bu barədə Ermənistan parlamentinin Müdafiə Komitəsinin sədri Andranik Köçəryan bildirib.

"Meyitlərin bir hissəsi çıxarılıb, onların hamısı müddətdən artıq hərbi xidmətçidir", - Köçəryan deyib.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi 2 hərbçisinin öldüyünü və yaralının olduğunu açıqlamışdı.

* * * * *

Ermənistan-Azərbaycan şərti sərhədində atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin iki hərbçisi məhv edilib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda yaralıların olduğu da bildirilir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutduğu barədə məlumat yayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 308 13.02.24 17:07