Azərbaycan və Türkiyə birgə hərbi təlimə başladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 “Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq  |     22:50 IV qrupda ən yüksək bal toplayan Nurayın FOTOSU  |     22:43 “Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəzin təxminən yarısının nəzarətdən keçmədiyini açıqlayıb  |     22:34 Kral III Çarlz Muxtar Babayevi qəbul edib  |     22:27 Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib  |     22:20 Rusiya Yutubu bloklamaq qərarı verdi  |     22:13 Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir  |     22:05 Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər  |     21:58 Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs SAXLANILDI  |     21:50 Hansı tərəvəzləri çiy yemək olmaz?  |     21:42 Qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərdi  |     21:34 Bu kitabları uşaqlara verməyin: ZİYANDIR  |     21:27 Ad günü məclisində qan düşdü  |     21:15 Gürcüstanda yaşayan ən yaşlı soydaşımızvəfat etdi  |     21:07 Hərbi-Gürcüstan yolu selə görə bağlanıb  |     20:56 I və IV qrupların qəbul imtahanının nəticəsi elan olunub  |     20:47 Göygöldə qadın oğlu tərəfindən bıçaqlanıb  |     20:40 Barak Obama və xanımı Kamala Harrisin namizədliyi ilə bağlı son sözlərini dedilər  |     20:32 Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır  |     20:24 Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib  |    

Azərbaycan və Türkiyə birgə hərbi təlimə başladı

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən iyunun 28-dən Bakıda “Mustafa Kamal Atatürk - 2021” birgə döyüş atışlı taktiki təlimi başlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

İyunun 30-dək davam edəcək təlimə 600 nəfərədək şəxsi heyət, 40-dək tank və digər zirehli texnika, 20-dək müxtəlif çaplı artilleriya qurğusu və minaatan, 7 ədəd döyüş və nəqliyyat helikopteri, 3 ədəd müxtəlif təyinatlı pilotsuz uçuş aparatı, 50-dək avtomobil texnikası cəlb olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 095 28.06.21 13:09