"Yaralıyam, ermənilərin səsini eşidirik" - Əsgərimizdən tükürpədici ZƏNG GƏLDİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:40 Bakıda tikiləcək 10 yeni metro stansiya ilə bağlı detallar açıqlandı  |     21:31 Vəzifəli şəxs ağır qəzada həlak oldu  |     21:20 Fransa I rübdə Ukraynaya “Mirage” qırıcıları göndərəcək  |     21:10 Bu ərazilərdə qaz olmayacaq  |     20:54 Konqoda nümayişçilər ABŞ səfirliyinin qarşısına toplaşıblar  |     20:42 Salyanda ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB  |     20:36 Şirvanda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb  |     20:34 Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb - VİDEO - YENİLƏNİB  |     20:28 Taksi ilə daşınmalar xeyli azaldı  |     20:20 Bu ərazi qazsız qalacaq  |     20:12 Azərbaycan Karate Federasiyasında yeni komitə yaradıldı  |     20:04 Bakıda bu dəmir yolları yenidən istifadəyə qaytarılacaq  |     19:56 Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum oldu  |     19:49 Xırdalan şəhərində yaşayanlara ŞAD XƏBƏR  |     19:42 Salyanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var  |     19:31 Bakının nəqliyyat sisteminin üzləşdiyi çağırışlar açıqlanıb  |     19:17 Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları formalaşdırılacaq  |     19:07 Pensiya alanlara VACİB XƏBƏR - Yanvar ayının ödənişləri…  |     18:53 Bakıda çoxmərtəbəli yaşayış binası YANIR  |     18:36 Qırmızı dənizdə yük gəmisində partlayış baş verib  |    

"Yaralıyam, ermənilərin səsini eşidirik" - Əsgərimizdən tükürpədici ZƏNG GƏLDİ

44 günlük Vətən müharibəsində itkin düşən və bu günə kimi xəbər gəlməyən əsgərin yaxınları saytımıza müraciət edib. 112 gündür ki, itkin düşən hərbçinin bacısı kömək istəyib.

Oxu24.com məlumatına görə, İbrahimov Təbriz İsmayıl oğlu 1992-ci ildə Salyan rayonu,Çadırlı kəndində anadan olub. MAXE kimi orduda xidmət edən hərbçimiz sentyabrın 27-də Murov istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Bu zaman yaralı əsgərimiz xalasıoğluna zəng edərək halallaşıb. O, bildirib ki, Murov yüksəkliyi yaxınlığında, "Ağdağ postunun" netralındadır. Telefon danışığı zamanı bildirib ki, ərazidə mina partlayışı baş verib. O və bir neçə hərbçi yaralı vəziyyətdə ərazidə qalıb. Telefon danışığı zamanı Təbriz İsmayılov bildirib ki, yaxınlıqda erməni postları var və onlar ermənilərin səsini asanlıqla eşidir. Bu sözləri dedikdən sonra ondan xəbər olmayıb. Yaxınları dəfələrlə telefona zəng etsə də cavab verən olmayıb.

İtkin hərbçinin bacısı saytımıza açıqlamasında bildirib ki, qardaşının qarşı tərəfə əsir düşmə ehtimalı var. Bu barədə Qırmızı Xaç Komitəsinə də müraciət ediblər. Amma bu vaxta qədər xəbər ala bilməyib.

Bu əsgərin döyüş yoldaşları onun haqqında məlumatı varsa,050 752 05 73 telefon nömrəsinə məlumat vermələrini xahiş edirik.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 110 19.01.21 22:53