Rüsvayçı kapitulyasiyanın əks-sədası: “Vanetsyanın muzdluları döyüşə girmədən qaçdı” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:36 Bakı metrosunda 51 yeni stansiyanın inşası planlaşdırılır  |     20:24 Ermənistan Azərbaycan və Gürcüstanın iştirak etdiyi layihəyə qoşulmaq istəyir  |     19:42 Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR  |     19:19 Həbsdə olan icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir  |     19:18 Ermənistan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir  |     19:17 Azərbaycanda həbsdə olan beynəlxalq kibercinayətkar şəbəkənin üzvünün müraciətinə baxılıb  |     19:17 Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi ilə bağlı Kobaxidzeyə məlumat verib  |     19:16 İstanbulda saxta spirtli içkidən ölən Özbəkistan vətəndaşlarının sayı 23-ə çatıb  |     19:15 Qəzza zolağından İsrailin iki, Tailandın beş vətəndaşı azad edilib  |     19:15 Dörd ölkənin bəzi ərazilərindən ət və quşçuluq məhsullarının Azərbaycana idxalına qadağa qoyulub  |     19:14 Mingəçevirdə ötən həftə maşın vuran piyada xəstəxanada ölüb  |     19:13 Azərbaycanda internet infrastrukturunun İnkişafı: Son illərin nəticələri  |     19:13 Azərbaycanı Fransada keçiriləcək "Böyük Dəbilqə"də 10 cüdoçu təmsil edəcək  |     19:13 "İslami Cihad" azad ediləcək iki girovu qaytarıb  |     19:12 Yanvarın son gününə olan hava proqnozu açıqlanıb  |     19:11 Azərbaycandakı valyuta hərraclarındakı satış 20 %-ə yaxın artıb  |     19:06 İlkin tibbi sanitariya yardımı xidməti ilə bağlı İşçi Qrup yaradılıb  |     19:06 Gəncədə 31 tüfəng polisə təhvil verilib  |     19:05 İranda ərzaq bahalaşıb  |     19:05 UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulacaq  |    

Rüsvayçı kapitulyasiyanın əks-sədası: “Vanetsyanın muzdluları döyüşə girmədən qaçdı” - VİDEO

İşğal edilmiş əraziləri əlində saxlamağa cəhd edən Ermənistan Qarabağ döyüşlərində Azərbaycan Ordusu qarşısında tab gətirmək üçün cəbhəyə nizami ordu ilə yanaşı polis, xüsusi xidmət orqanlarının xüsusi təyinatlıları və əcnəbi muzdlu döyüşçüləri də göndərmişdi.

Bu barədə “Caliber” layihəsinin “YouTube” hesabında paylaşılan videoda bəhs edilib.

Bundan əlavə, ölkədə özünü siyasi cəhətdən reklam etmək istəyən erməni siyasətçilər daha doğrusu “kreslo”suz qalan keçmiş hakimiyyət üzvləri orduya dəstək adı ilə bir sıra addımlar atıblarmış.

Bunlardan biri də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan olub. O, özünün vəsaiti hesabına Suriya və Livan ermənilərindən ibarət hərbiləşdirilmiş dəstə yaradıb. Çarəsiz vəziyyətdəki erməni ordusu isə onun köməyindən imtina etmək iqtidarında olmayıb və Vanetsyanın quldur dəstəsinə müdafiə üçün ən vacib istiqamətlərdən biri sayılan Şuşa ətrafındakı vacib yerlərdən biri – Şuşikənd verilib.

Lakin Azərbaycan xüsusi təyinatlılarının Şuşaya gedən yolu üzərində olan Şuşikənddə maraqlı anlar yaşanıb. Belə ki, Vanetsyanın dəstəsi elə ilk atəş səsini eşidən kimi silahı, maşınları və sursatı qoyaraq qaçmağa başlayıb.

Sözügedən hadisə isə erməni ordusunun “əfsanəvi” döyüş ruhunun əsl təcəssümü olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 845 06.01.21 14:41