Daşaltı uğrunda döyüşlərdə şəhid olan Şirxan Quliyevin döyüş yolu - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:49 Gündə bir ədəd banan yemək sağlamlığınıza necə təsir edir?  |     21:37 Azərbaycan Premyer Liqası: "Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib  |     21:30 Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var  |     21:23 Deputat köməkçisi işləmək üçün müsabiqə lazımdır? (AÇIQLAMA)  |     21:16 "Marketlərin fəaliyyətində ciddi problem var" - Çıxış yolu nədir?  |     21:11 Murad Dadaşov həyat yoldaşı ilə - FOTO  |     20:59 Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit tələb olunur?  |     20:54 Kadırovun oğlunun adı “Rekordlar kitabı”na düşdü - FOTO  |     20:46 Moskva-Gəncə təyyarəsində halı pisləşən qadın aeroportda öldü  |     20:40 Uşaqlar liftdə köməksiz qaldı - VİDEO  |     20:33 Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video  |     20:29 Dünyanın ən varlı ikinci adamı oldu  |     20:21 “Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - (FOTO)  |     20:15 Türkiyədə 100- ə yaxın qanunsuz miqrant saxlanılıb  |     20:06 Azərbaycanın avtomobil bazarında mövcud vəziyyət - Qiymət artımları və yeni trendlər  |     20:00 İranda terror aktının qarşısı alınıb  |     19:51 BMT: Livandan Suriyaya 200 mindən çox qaçqın gedib  |     19:44 Torpaqların minalanması, partlaması dəhşətli ətraf mühit deqradasiyası yaradır - RƏY  |     19:39 Azərbaycanlı deputatlar Qazaxıstanda referendumu müşahidə edəcəklər  |     19:33 Livanın cənubunda 400 “Hizbullah” döyüşçüsü öldürülüb  |    

Daşaltı uğrunda döyüşlərdə şəhid olan Şirxan Quliyevin döyüş yolu - FOTO

Vətən müharibəsinin qəhrəmanlarından olan Şirxan Quliyev əslən Xocavənddəndir. Ailəsinin o torpaqlara qayıdacağına heç vaxt inamını itirməyən Şirxan Vətən müharibəsində son damla qanına qədər döyüşərək şəhid olub.

Median.Az
bildirir ki, AZƏRTAC-ın müxbiri şəhidin şərəfli döyüş yolu barədə məlumat almaq üçün Beyləqan rayonunda yerləşən Xocavənd rayon məcburi köçkün qəsəbəsində yaşayan Quliyevlər ailəsinə baş çəkib.

1995-ci il sentyabrın 27-də məcburi köçkün ailəsində dünyaya göz açan Şirxanın bir zamanlar yaşadığı evdə ondan geriyə xatirələri qalıb. Çarpayısında şanlı üçrəngli bayrağımız, divarda isə Şirxanın hərbi geyimi var. Bir də onun çəkdirdiyi fotolar və bir neçə əşya. Bu gördüklərimizin hər birində Şirxanla bağlı minlərlə xatirə canlanır. Şəhidin ailəsi ilə həmsöhbət olduqca onun necə mərd, vətənə bağlı olduğunu daha dərindən öyrəndik. Şirxan dünyaya gələndə ailəsi üç il idi torpaq həsrəti ilə yaşayırdı. Böyüdükcə ata-baba yurdunun düşmən tapdağında olduğunu bilmək Şirxanın ürəyində bir hərbçi olmaq arzusunu formalaşdırır. Söylədiyi və vəd etdiyi söz isə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canımdan keçməyə hazıram ifadəsi olur. Bu istəklə Şirxan həqiqi hərbi xidməti bitirdikdən sonra müddətdən artıq hərbi xidmətçi olaraq vətən keşiyində dayanmağı özünə şərəfli yol olaraq seçir. Beş il o, cəbhənin müxtəlif istiqamətlərində xidmətdə olub. Gözlədiyi bir məqam isə döyüş əmrinin verilməsi idi. Bu arzu isə Şirxana sentyabrın 27-də nəsib olur. Ailəsi ilə danışan Şirxan deyib ki, "məqam həmin məqamdır, biz torpaqlarımızı azad edəcəyik".

Şəhidin atası İsmixan Quliyev Şirxan barəsində qürurla danışır. Doğma yurdu olan Xocavənd torpaqlarına qovuşmaqda övladının da payı olan şəhid atası fəxr hissi ilə deyir: "Şirxan ağlı kəsən gündən deyirdi ki, torpaqlarımızı gec-tez düşməndən azad edəcəyik, hər birimiz o gözəl, səfalı Qarabağımıza qayıdacağıq, o dağlarda bizim şanlı bayrağımız dalğalanacaq. Belə də oldu. Düzdür, o, şəhidlik zirvəsinə ucalsa da, özündən sonra şanlı bir tarix yazan qəhrəmanlarımızdan biri olaraq iz qoydu. Şirxanın döyüş yolundan danışan atası deyir ki, o, öncə Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib, bir çox ərazilərin azad edilməsində rolu olub. Oradan Qubadlı istiqamətinə yollanıblar. Həmin ərazidə də bir çox uğurlu tapşırıqlarda Şirxan da iştirak edib. Noyabrın 3-də Daşaltı uğrunda gedən döyüşlərdə Şirxan yaralansa da, döyüşə davam edib. Noyabrın 7-də isə Şirxan şəhidlik zirvəsinə ucalıb.

Şəhid anası Raisə Quliyeva qəhrəman övladı haqqında indi qürurla danışır: "Müharibədən hələ əvvəl Şirxanla danışarkən deyirdim ailə qurmaq vaxtındı. O, deyərdi ki, torpaqlarımız azad edilsin, sonra ailə qurmaq haqqında düşünərəm. Şirxanın sevmədiyi ifadə qaçqın kəlməsi olub". Sonuncu dəfə noyabrın 2-də ailəsi ilə əlaqə saxlayan Şirxan qələbə çox yaxındır, biz artıq Şuşanı da alacağıq, bayrağımızı orada dalğalandırıb gələcəyəm deyə söz verib. Lakin Şirxanın şəhidlik xəbəri Şuşanın azad edilməsindən bir gün öncə gəlib. Özü həyatda olmasa da, ailəsinə verdiyi vədlər gerçəkləşib.

Şəhid bacısı İlkanə Quliyeva qardaşı ilə hər zaman fəxr etdiyini söyləyib: "Biz uşaq olarkən mənə deyirdi ki, biz niyə qaçqın olduq, niyə biz öz torpaqlarımızda deyilik. Ona görə də hələ balaca vaxtından arzusu böyüyəndə hərbçi olmaq idi. O, uşaq vaxtı hərbçi görəndə onlarla şəkil çəkdirərdi. Vətənə bağlılığı həddən çox idi. Onun ən böyük arzusu torpaqlarımızın azad edilməsi və bu yolda canından belə keçmək idi".

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            918 04.01.21 22:57