Qazi Xaliq İsgəndərli: “Dedim, komandir, ayaqlarım yoxdur” – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:40 Bakıda tikiləcək 10 yeni metro stansiya ilə bağlı detallar açıqlandı  |     21:31 Vəzifəli şəxs ağır qəzada həlak oldu  |     21:20 Fransa I rübdə Ukraynaya “Mirage” qırıcıları göndərəcək  |     21:10 Bu ərazilərdə qaz olmayacaq  |     20:54 Konqoda nümayişçilər ABŞ səfirliyinin qarşısına toplaşıblar  |     20:42 Salyanda ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB  |     20:36 Şirvanda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb  |     20:34 Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb - VİDEO - YENİLƏNİB  |     20:28 Taksi ilə daşınmalar xeyli azaldı  |     20:20 Bu ərazi qazsız qalacaq  |     20:12 Azərbaycan Karate Federasiyasında yeni komitə yaradıldı  |     20:04 Bakıda bu dəmir yolları yenidən istifadəyə qaytarılacaq  |     19:56 Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum oldu  |     19:49 Xırdalan şəhərində yaşayanlara ŞAD XƏBƏR  |     19:42 Salyanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var  |     19:31 Bakının nəqliyyat sisteminin üzləşdiyi çağırışlar açıqlanıb  |     19:17 Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları formalaşdırılacaq  |     19:07 Pensiya alanlara VACİB XƏBƏR - Yanvar ayının ödənişləri…  |     18:53 Bakıda çoxmərtəbəli yaşayış binası YANIR  |     18:36 Qırmızı dənizdə yük gəmisində partlayış baş verib  |    

Qazi Xaliq İsgəndərli: “Dedim, komandir, ayaqlarım yoxdur” – VİDEO

Daşkəsənin Bayan kəndində dünyaya göz açan Xaliq İsgəndərli Vətən müharibəsi başlayan zaman xalqımızın əksər nümayəndələri kimi düşünmədən döyüşlərə qatılıb.

Baku TV xəbər verir ki, qazimiz Şuşakənd istiqamətində gedən döyüşlərdə şücaət göstərib. Əvvəl bir ayağından, sonra isə digər ayağından yaralanaraq, doqquz saat yaralı halda qalıb. Unuda bilmədiyi anlardan biri də yaralı vəziyyətdə komandirinin onu və digər əsgərləri döyüş nöqtəsindən çıxarması olub:

“Ayağımdan yaralandım, yeriyə bilmirdim. Uşaqlar məni səngərə saldı ki, vurmasınlar. Doqquz saat orada qaldım. Komandirim gəldi. Dedim, komandir, ayaqlarım yoxdur. Dedi ki, ayağın yerindədir, narahat olma, sizi buradan çıxaracağıq. Heç vaxt yadımdan çıxmaz bu. Qarabağ alınanda çox sevinirdim. Yeriyə bilmirdim, amma baxırdım, çox sevinirdim”

İsgəndərli ailəsi birinci Qarabağ döyüşlərində də vətənə şəhid verib. Qardaşını itirən qazimizin atası artıq qürurludur. O, Vətən oğulları sayəsində xalqımızın qisasının alındığını deyir. Bu gün qazimiz Xaliq müalicə olunur. Səhhəti yaxşılığa doğru dəyişir. Yaraları sağalan Xaliq İsgəndərli yenidən hərbiyə qayıtmağı düşünür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            864 21.12.20 20:34