Sabah saat 17:00-a qədər Zəngəzur istiqamətindəki bütün əlverişli yüksəkliklər Azərbaycanın nəzarətinə keçəcək.
AZSABAH.COM Publika.az-a istinadla xəbər verir ki, bu iddia ilə erməni mediası çıxış edib.
İlk Qafan ətrafındakı yüksəkliklər boşaldılır. Çünki bu ərazilər Azərbaycanın dövlət sərhədinə daxildir. Ermənilərə sabaha qədər vaxt verilib.
“Damcılı kəndinin və ətrafdakı yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsi bütün Qafan rayonuna nəzarət etmək imkanı verir”, - erməni mənbələr yazırlar.
Erməni teleqram kanalları isə yazır ki, yüksəkliklərin təhvil verilməsindən sonra Qafan rayonunun kəndləri atəş məsafəsində olacaq və orada yaşamaq mümkün olmayacaq. Bu kəndlərə azərbaycanlı qaçqınlar qayıdacaq. Hazırda ermənilər ərazini tərk edir.
Dövlət sərhədi beynəlxalq səviyyədə tanınmış ərazilərə uyğun olaraq, Qafandan Mehriyə qədər bərpa edilir.
Qafan şəhərinin meri Gevork Parsyan bir az öncə açıqlama yayıb: "Bu gün saat 17:00 qədər ətraf yüksəklilərdən geri çəkilməyimiz barədə bizə əmr verilib. Biz bu yüksəklikləri təhlükəsizlik zonası yaratmaq üçün qoruyurduq, amma İrəvandan gələn əmrə görə, axşama qədər geri çəkilməliyik".
Erməni mediasının yazdığı kimi sabah yox, bu gün saat 17:00-a qədər vaxt verilib.