Qazaxın işğal altında olan 7 kəndi mütləq qaytarılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:11 Sabah hava necə olacaq?  |     12:25 Yanacaq nasosunun ömrünü uzatmağın sirləri  |     11:56 Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA  |     11:48 Bakıda bir sıra marşrut xətlərinin fəaliyyəti BƏRPA EDİLDİ  |     11:40 Slovakiya Azərbaycandan qaz idxal edəcək  |     11:37 Ucuz qiymətə bahalı səhhət problemləri: "Second hand" geyimlərin gizli təhlükələri və qorunma üsulu  |     11:31 İspaniyada maksimum təhlükə səviyyəsi elan edildi  |     11:26 "Tesla" şirkəti "Cybertruck" pikaplarını geri çağırır  |     11:23 Alimlər çəki artımının yeni mümkün səbəbini açıqladılar  |     11:21 Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədinin adını açıqladı  |     11:19 KİV: Melaniya Tramp Ağ Evə köçmək istəmir  |     11:16 Keçmiş vəkil Elman Paşayevin həbs müddəti uzadılıb  |     11:14 Premyer Liqanın dörd klubu "Mançester Siti"dən təzminat tələb edə bilər  |     11:01 Sabiq prokuror vəfat etdi  |     22:51 Polşa Prezidenti barmağının bir hissəsini itirdi  |     22:21 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat etdi  |     22:01 Ceyhun Bayramov Filemon Yanq ilə Azərbaycan-BMT əməkdaşlığını müzakirə edib  |     21:37 COP29 çərçivəsində Heydər Əliyev Fondunun "Azərbaycan. Təbiətin sehrində" nəşri təqdim edilib  |     21:31 Alimlər ilk dəfə Antarktidada kəhrəba tapdı  |     21:27 "Bitcoin"in məzənnəsi 92 min dollara çatdı  |    

Qazaxın işğal altında olan 7 kəndi mütləq qaytarılacaq

“Azərbaycan xalqı 2020-ci ilin 27 sentyabrında başlayan və 10 noyabrda böyük tarixi qələbə ilə hərb tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsini hələ uzun illər xatırlayacaq. "Qarabağ Azərbaycandır!” deyərək başladığımız haqq savaşında igid, mərd, qəhrəman oğullarımızın göstərdikləri şücaətlər, qəhrəmanlıqlar hələ uzun müddət dillərə dastan olacaq. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin güclü siyasəti, şanlı Azərbaycan Ordusunun qüdrəti, şəhidlərimizin, yaralı hərbçilərimizin qanı bahasına əldə etdiyimiz tarixi qələbə, böyük zəfər bizə mənliyimizi, kimliyimizi qaytarmaqla yanaşı, Azərbaycan dövlətinin nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. 30 ilin həsrətinə 44 günlük Vətən müharibəsində son qoyuldu. Azərbaycanın dilbər guşələri olan rayonlarımız düşmən tapdağından azad edildi. Biz əminik ki, Qazaxın düşmən tapdağı altında olan 7 kəndi - Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndləri də tezliklə işğaldan azad olunacaq və digər soydaşlarımız kimi biz də öz doğma yurd-yuvamıza qayıdacağıq”.

“Report” xəbər verir ki, bu fikirlər Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndlərindən olan sakinlərlə keçirilən görüşdə səslənib.

Qələbə sevincini işğal altında olan kəndlərin sakinləri ilə bölüşən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qarabağın azad olunması münasibətilə hər birini təbrik edib, xoş arzularını çatdırıb. O, bu gün hər birimizin fəxrlə söylədiyimiz tarixi Qələbəyə görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, qeyrətli Vətən oğullarına borclu və minnətdar olduğumuzu bildirib. İcra başçısı bu gün tutduğu mövqeyindən, yaşından asılı olmayaraq hər kəsin bu qələbənin bizim kimliyimizi, mənliyimizi özümüzə qaytaran bir qələbə olduğunu dərk etdiyimizi dilə gətirib. Şəhidlərimizin qanı hesabına qazandığımız bu zəfərlə hər birimizin qürur duyduğunu, sevindiyini, fəxr etdiyini söyləyib.

İcra başçısı 10 noyabrda imzalanmış Bəyanatda da qeyd edildiyi kimi Qazaxın işğal altında olan 7 kəndinin də mütləq azad olunacağını bildirib. Kəndlərimizin azad olunması ilə bağlı heç bir narahatlığın olmadığını, işğaldan azad olunan torpaqlarımızda olduğu kimi, Qazaxın həmin kəndlərində də yaxın bir zamanda üçrəngli bayrağımızın dalğalanacağını qeyd edib. İcra başçısı bir daha bu şanlı zəfəri bizlərə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgər və zabitlərimizə isə şəfa diləyib. Ali Baş Komandana, ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə bir daha sonsuz minnətdarlığını çatdırıb.

Aşağı Əskipara kənd sakinlərindən II qrup Qarabağ müharibəsi əlili Vaqif Vəliyev, Nizami Qafarov, Çingiz Məmmədov, Bağanıs Ayrım kənd sakini Səməd Ocaqverdiyev çıxış edərək işğaldan azad edilən torpaqlarımızın sevincini bu gün də yaşadıqlarını söyləyiblər. Qeyd ediblər ki, 44 günlük Vətən müharibəsində Ordumuzun gücü, qüdrəti sayəsində bütün dövlətlər, xalqlar Azərbaycan xalqının yenilməz, dəmir iradəli xalq, müzəffər xalq olduğunun şahidi oldular. Bu gün hər kəsin üzünə alnıaçıq, üzüağ şəkildə baxa biliriksə, başımızı dik tuturuqsa, Azərbaycanın torpaqları tam bərpa olunursa, buna görə şəhidlərimizə, Azərbaycan Ordusunun hərbçilərinə borcluyuq. Bir ömür boyu minnətdarıq. Şanlı Ordumuzun qazandığı nailiyyətləri könül xoşluğu, fərəh hissi ilə qarşılayan sakinlər Qazaxın işğalda olan 7 kəndinin də azad olunacağı günün uzaqda olmadığını və buna tam əmin olduqlarını bir daha dilə gətiriblər.

Sakinlərlə səmimi ürək sözlərini bölüşən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün həsrətində olduqları kəndlərin işğaldan azad olunması xəbərinin yaxında olduğunu söyləyib və növbəti belə görüşlərin məhz həmin kəndlərimizdə keçirilməsini arzu edib.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            870 27.11.20 22:05