Ermənistanda cəbhədə itkin düşənlərdən pul qazanmağın yolunu tapdılar » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Bu ayın sonunda Putin və Tramp görüşəcək  |     22:42 KİV: ABŞ Avropanın Ukraynaya təhlükəsizlik zəmanəti verməsini gözləyir  |     22:35 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:34 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:20 Azərbaycanda tanınmış həkim vəfat etdi (FOTO)  |     22:12 Ukraynanı qorumağın ən ucuz yolu budur - Berbok  |     22:06 Azərbaycan Şahmat Federasiyasının prezidenti: "Ümidvarıq ki gələcəkdə bütün çempionatlarımız belə keçəcək"  |     21:53 Rauf Məmmədov: "Çempionluğu atama həsr etmək istəyirəm"  |     21:39 Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi  |     21:25 Bakı – Quba yolunda ağır qəza olub, 4 pakistanlı yaralanıb  |     21:21 Putin-Tramp görüşü bu tarixdə keçirilə bilər  |     21:17 Egey dənizində 4,9 maqnitudalı zəlzələ baş verib  |     20:57 Şəhriyar Məmmədyarov: "Mən bu çempionatda özümü qalib sayıram"  |     20:45 Ağstafada 4 nəfər dəm qazından zəhərlənib  |     20:28 Arvadının xəyanətini tutan kişi həmin tarixi DİVARA YAZIBMIŞ - Oğlu əsgərlikdən gələn ata QATİL OLDU  |     20:27 Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub  |     20:15 Bu hotellərin reklamları söküləcək  |     20:14 Hərəkətdə olan "KamAZ" dəhşət saçdı: Piyada öldü, iki nəfər yaralandı  |     19:28 Qızıl alışında beşinci ölkəyik  |     19:24 “Uzbekistan Airways” Daşkənddən Bakıya uçuşların sayını artırır  |    

Ermənistanda cəbhədə itkin düşənlərdən pul qazanmağın yolunu tapdılar

Ermənistanda cəbhədəki uğursuzluqlardan mənfəət əldə etməyin yolunu tapan fırıldaqçılar peyda olub.

Bu barədə “Sputnik” Ermənistan Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Bilidirilir ki, İrəvan sakini Q.B Qarabağda gedən döyüşlərdə itkin düşmüş hərbçinin yaxınlarından onu tapmaq üçün pul alıb. Sözügedən şəxs əvvəlcə özünü Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək ailədən övladları ilə bağlı məlumat üçün 100 min dram (təxminən 200 dollar) istəyib.

Bundan sonra isə o, erməni hərbçinin guya Azərbaycan tərəfinə əsir düşdüyünü, onu Rusiyadakı tanışları vasitəsilə ölkəyə qaytara biləcəyini bildirib və ailədən əlavə üç min dollar tələb edib.

Q.B adlı şəxs ailə üzvlərindən pulu götürərkən saxlanılıb.

Sözügedən informasiya isə növbəti dəfə Ermənistanda tüğyan edən korrupsiya, özbaşınalıq hallarını, erməni cəmiyyətinin hətta özləri üçün “taleyüklü” hesab etdiyi bir məqamda belə bir-birilərinə xəyanət edə biləcək xislətə sahib olmasını ortaya qoyub.

İnsanların müharibədə olan yaxınlarından xəbər ala bilməməsi, dövlət tərəfindən itkilərlə bağlı informasiyaların gizlədilməsi də bu kimi neqativ hallara rəvac verir.

Həmvətənlərinin tökülən qanından pul qazanmaq və mənfəət güdmək isə bütün dünyada özünü məzlum kimi göstərməyə cəhd edən, faktları saxtalaşdıraraq həqiqəti inkar edən ermənilər üçün heç də ayıb hesab oluna bilməz.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            792 02.11.20 23:16