Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Bu ayın sonunda Putin və Tramp görüşəcək  |     22:42 KİV: ABŞ Avropanın Ukraynaya təhlükəsizlik zəmanəti verməsini gözləyir  |     22:35 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:34 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:20 Azərbaycanda tanınmış həkim vəfat etdi (FOTO)  |     22:12 Ukraynanı qorumağın ən ucuz yolu budur - Berbok  |     22:06 Azərbaycan Şahmat Federasiyasının prezidenti: "Ümidvarıq ki gələcəkdə bütün çempionatlarımız belə keçəcək"  |     21:53 Rauf Məmmədov: "Çempionluğu atama həsr etmək istəyirəm"  |     21:39 Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi  |     21:25 Bakı – Quba yolunda ağır qəza olub, 4 pakistanlı yaralanıb  |     21:21 Putin-Tramp görüşü bu tarixdə keçirilə bilər  |     21:17 Egey dənizində 4,9 maqnitudalı zəlzələ baş verib  |     20:57 Şəhriyar Məmmədyarov: "Mən bu çempionatda özümü qalib sayıram"  |     20:45 Ağstafada 4 nəfər dəm qazından zəhərlənib  |     20:28 Arvadının xəyanətini tutan kişi həmin tarixi DİVARA YAZIBMIŞ - Oğlu əsgərlikdən gələn ata QATİL OLDU  |     20:27 Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub  |     20:15 Bu hotellərin reklamları söküləcək  |     20:14 Hərəkətdə olan "KamAZ" dəhşət saçdı: Piyada öldü, iki nəfər yaralandı  |     19:28 Qızıl alışında beşinci ölkəyik  |     19:24 “Uzbekistan Airways” Daşkənddən Bakıya uçuşların sayını artırır  |    

Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi

Macarıstanda yaşayan azərbaycanlı doktorant Əliyar Əzimovun Avropa İttifaqının “Modern Diplomacy” portalında ingilis dilində məqaləsi dərc edilib.

"Report"un məlumatına görə, məqalə "Paşinyan sülh missiyasında və beynəlxalq hüquqa riayət olunmasında uğursuzluğa necə düçar oldu?" adlanır.

Məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gələrkən Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar verdiyi vədlərdən, sonradan onlara əməl etməməsindən və digər məsələlərdən bəhs olunur. Müəllif qeyd edir ki, Paşinyanın uğursuzluqlarından biri danışıqlar formatını dəyişmək cəhdi idi. O, Qarabağdakı separatçı rejimi danışıqlar masasına gətirmək istəyirdi, amma bu, Minsk qrupunun missiyasına və formatına tamam zidd idi. Nəticədə vəziyyət daha da gərginləşdi.

Bildirilir ki, 2020-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında sülhdən danışan Ermənistan iyulda münaqişə zonasından uzaqda yerləşən Tovuza hücum edərək, Azərbaycana qarşı təxribat törədib, sentyabrın 27-də isə müharibəyə başlayıb.

Paşinyan hüquqi məsələlərdə də uğursuzluğa düçar olub. Məsələn, qondarma "Dağlıq Qarabağ Respublikası"nı müstəqil qurum kimi tanımır, amma dünyaya müraciət edir ki, onu tanıyın.

Məqalədə həmçinin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin hüquqi təhlili də verilib.

Ekspert yazıda qeyd edir ki, beynəlxalq hüquqdakı prinsiplərə görə, hər bir xalq yalnız 1 dəfə öz müqəddəratını təyin edə bilər. Ermənilər isə artıq bundan istifadə edərək, Ermənistan yaradıblar. Ona görə də ikinci erməni dövlətinin yaradılması beynəlxalq hüquqa ziddir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 074 24.10.20 22:59