MN: Azərbaycan Ordusunun guya 200 nəfərdən artıq canlı qüvvə itirməsi yalandır, növbəti dezinformasiyadır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

MN: Azərbaycan Ordusunun guya 200 nəfərdən artıq canlı qüvvə itirməsi yalandır, növbəti dezinformasiyadır

Hazırda bütün cəbhə boyu əməliyyat və hərbi üstünlük ordumuzun tərəfindədir.

Bununla bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı açıqlama verib.

Nazirlik rəsmisi bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin Azərbaycan Ordusunun guya 200 nəfərdən artıq canlı qüvvə itirməsi barədə yaydığı məlumat yalandır, heç bir əsası yoxdur və növbəti dezinformasiyadır:

“Bildiririk ki, Ermənistan ordusu döyüşlərdə canlı qüvvə və hərbi texnika baxımından ağır itkilər verərək geri çəkilməyə məcbur edilir. İşğal altında olan torpaqlarımız azad olunur. Bu, danılmaz bir faktdır.
Hazırda bütün cəbhə boyu, o cümlədən cəbhənin Cəbrayıl-Füzuli istiqamətində əməliyyat və hərbi üstünlüyümüz davam edir.

Ermənistan ordusunun fəlakətdən qurtulmasının yeganə yolu işğal olunmuş torpaqlarımızdan dərhal çıxmasıdır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 046 06.10.20 11:33