Ermənistanın itkiləri getdikcə üzə çıxır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |     17:56 Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib  |    

Ermənistanın itkiləri getdikcə üzə çıxır

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində düşmənin daha çox itki verdiyini təsdiqləyən yeni aktlar ortaya çıxıb.

"Report”un xəbərinə görə, sosial şəbəkələrdə ölən erməni əsgərlərindən birinin anasının səs yazısı yayılıb.

Səs yazısında qadın Azərbaycan Ordusunun həyata keçirdiyi cəza tədbirləri nəticəsində övladını itirdiyini, ancaq meyitin ona müxtəlif şərtlər əsasında təhvil verildiyini, ölən əsgərlərin adlarının gizlədildiyini bildirir. Bundan başqa, yüksək rütbəli erməni hərbçilərin əsgər anaları ilə qəddar davrandığı qeyd olunub.

Sərhədin Tovuz istiqamətində törətdiyi təxribatdan sonra Ermənistanda yaranan gərgin vəziyyəti şərh edən politoloq İlqar Vəlizadə rəsmi Yerevanın itkilərini gizlətməsinin ənənəvi xarakter daşıdığını bildirib:

"Ermənistan tərəfinin itkilərin gizli saxlaması faktı ilə ilk dəfə rastlaşmamışıq. 2016-cı il Aprel döyüşləri zamanı da erməni tərəfi itkilərlə bağlı dəqiq məlumat verməmişdi. Sadəcə müxalifyönümlü mətbuat və ya qeyri-hökumət təşkilatlarının sayəsində bu məlumatlar cəmiyyətə çatdırılıb. 2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra Nikol Paşinyan hökuməti Ermənistan ordusunun Aprel döyüşlərindəki itkilərinə dair dəqiq rəqəmləri açıqlamışdı. Yəni ictimaiyyət yalnız iki ildən sonra dəqiq rəqəmləri öyrənə bildi”.

Ekspertin sözlərinə görə, N.Paşinyan hökuməti son təxribat zamanı verdiyi itkilərin dəqiq sayını açıqlasa, bunun çox ciddi siyasi fəsadları ola bilər: "Eyni durum yenidən təkrarlanır. Buna səbəb bu cür faktların cəmiyyət tərəfindən həssas qarşılanmasıdır, üstəlik, bunun siyasi fəsadları da ola bilər. Siyasi fəsadlardan qaçmaq üçün erməni tərəfi itkilərinin dəqiq sayını gizlədir. Düşünürəm ki, tədricən məlumatlar bu və ya başqa şəkildə ictimaiyyətə sızdırılacaq. Bundan başqa, Ermənistanda müxtəlif siyasi qruplar hakimiyyətə can atırlar. Bu məlumatların sızdırılması onların hakimiyyət uğrunda mübarizəsində vacib bir elementlərdən biri ola bilər”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.

Aktiv hərbi toqquşmalar iyulun 16-dək davam edib. Nəticədə düşmənin 100-dən artıq canlı qüvvəsi məhv edilib, xeyli sayda texnikası sıradan çıxarılıb.

Ermənistan hökuməti itkilərinin yalnız bir neçəsini etiraf edib, qalanlarını isə gizlədib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 605 28.07.20 19:03