Azərbaycan Ordusu düşmənin hərbi hədəflərinə zərbələr endirib - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:24 Bakıdakı separatçılar ailələri ilə əlaqə yaratdılar  |     12:17 Azərbaycanda mindən çox vətəndaş deputat olmaq istəyir  |     12:15 Ermənistan ABŞ, Fransa və Aİ-nin göstərişi ilə Azərbaycana qarşı yeni silahları sınaqdan keçirib  |     12:13 Göyçay sakini qonşusunu baltaladı  |     12:12 Azərbaycanın üç klubunun rəqibləri bilinir  |     12:01 Bakıda minik avtomobili dəmir maneəyə çırpılaraq yanıb  |     11:57 Azərbaycanda klub rəhbəri və qohumunun faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - FOTO (YENİLƏNİB)  |     11:53 Bakıda avtomobil körpəni vuraraq öldürüb  |     11:53 Şimşək çaxıb, yağış yağıb  |     11:52 Bir neçə saata Kamala Harris üçün 46.7 milyon dollar ianə toplanıb  |     11:50 Ən faydalı dondurmanı necə seçmək olar? - Nutrisioloqdan məsləhət  |     11:47 Şolts 1980-ci illərdə istehsal edilmiş televizordan istifadə edir  |     11:43 Ronaldu sevgilisi ilə çimərlik fotosunu paylaşdı - FOTO  |     11:25 NATO 500 mindən çox hərbçini yüksək hazırlıq vəziyyətinə gətirib  |     11:16 Çətin və şərəfli yol keçən Azərbaycan mətbuatının 149 yaşı tamam olur  |     11:12 Bu il bəzi ixtisaslar üzrə rəqabət yüksək olacaq - VİDEO  |     11:08 Rusiyada uşaq düşərgəsində epidemiya: Zəhərlənənlərin sayı 40 nəfərə çatıb  |     23:08 Evləri külə dönən ailə 16 gündür çöldə gecələyir  |     22:28 Bakının mərkəzində kişinin başı kəsildi - Hadisə baş verən yerdən GÖRÜNTÜLƏR  |     22:04 "Yuventus"un əfsanəsi məhkəmə qarşısına çıxacaq: Ciddi İTTİHAMLAR  |    

Azərbaycan Ordusu düşmənin hərbi hədəflərinə zərbələr endirib - RƏSMİ

“Ümumilikdə vəziyyətin gərgin olmasına baxmayaraq, iyulun 17-dən 18-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlik hökm sürüb”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, ön xətt mövqelərində ara-sıra atəşkəs rejimi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən pozulub:

“Düşmənin aktiv fəaliyyət cəhdinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb. Təxribat məqsədilə Ermənistan silahlı qüvvələri məqsədyönlü şəkildə atəş nöqtələrini öz mülki obyektlərinin yaxınlığında və ya arxasında gizlədirlər.

Buna baxmayaraq, Azərbaycan Ordusu tərəfindən düşmənin yalnız hərbi hədəflərinə qarşı zərbələr endirilib. Qəsdən Azərbaycan kəndlərini, mülki insanları və mülki obyektləri hədəfə alan Ermənistan silahlı qüvvələri bölmələrinin atəş nöqtələri bölmələrimizin dəqiq atəşi ilə susdurulub”.

Bildirilib ki, Azərbaycan Ordusu son döyüş əməliyyatları zamanı sərəncamındakı, müasir informasiya texnologiyalarından istifadə edilməklə yüksək dəqiqliklə idarə olunan və geniş ərazidə dağıdıcı gücə malik silahların yalnız cüzi bir hissəsini istifadə edib:

“Bu, hələ hamısı deyil. Son döyüşlərdə qoşunlarımızın düşmən mövqelərini, hərbi obyektlərini, döyüş texnikası, canlı qüvvəsi və ehtiyatlarını necə dəqiqliklə məhv etdiyi təqdim edilmiş videomateriallardan da aydın müşahidə edilib. Bu Azərbaycan Ordusunun döyüş imkanlarının, hərbi potensialının və şəxsi heyətin peşəkarlığının göstəricisidir.

Əminliklə deyirəm ki, Ordumuzun şəxsi heyətinin döyüş ruhunun yüksək olması, sərəncamında olan döyüş əməliyyatlarının aparılması və təhlükəsizliyimiz üçün təyin edilən müasir silah və texnika qələbəmizi tam təmin edəcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 396 18.07.20 14:26