Evinizdə edə biləcəyiniz sadə yollarla uşağın öskürəyinin azalmasına yardımçı ola bilərsiniz
Qış aylarının gəlişi ilə birlikdə xəstəliklər də artıb. Uşaqların immunitet sistemi zəif olduğu üçün infeksiyalara daha tez yoluxurlar. Xəstəlik sağalsa da, uzun müddət davam edən öskürək əl çəkmək bilmir.
Burnu tez-tez duzlu su ilə yuyun
Dəniz suyu tərkibli burun damcısı, spreyi, ya da evdə hazırladığınız duzlu su ilə uşağınızın burnunu gün ərzində təmizləyin.
Yastığını yüksəldin
Uşaq düz yerdə yatanda öskürürsə, yastığını bir az dikəldin.
Soyuq buxar tətbiq edin
Uşağınıza 3-4 saat ara ilə 5-10 dəqiqə boyunca soyuq buxarı qəbul etdirin. Bu, tənəffüs yollarındakı qıcıqlanmanı aradan götürür.
Öskürək siropunu özbaşına istifadə etməyin
Bəzi dərmanlar öskürəyi zəiflədərkən bəziləri bəlğəm dağıdıcı olduğu üçün öskürəyi gücləndirir. Həm də bu siropların uşağın sinir sistemi üzərində mənfi təsiri var. Buna görə uşağa ehtiyacı olan öskürək siropunu həkimin tövsiyəsi ilə verin.
Ballı limonlu su hazırlayın
Bir neçə damcı ilıq suyun içində əridilmiş bala limon suyu əlavə edərək, gecə yatmadan əvvəl uşağa içirin. Boğaz qıcıqlanmasını rahatladır.
///milli.az