Mojo.az Banner
20:15 Torpağı olub, istifadə etməyənlərin NƏZƏRİNƏ  |     20:08 8 mayla bağlı qərar verildi  |     20:00 Xalq artisti oğlunun son vəsiyyətini AÇIQLADI  |     19:54 “Xanımımla sevgimizi izləyicilərimizə göstərmək istəyirik”  |     19:45 MOİK-in baş məşqçisi klubdan ayrıldı  |     19:39 Kinematoqrafçılar İttifaqının üzvü vəfat etdi  |     19:30 Bu rayonun 4 kəndində qaz olmayacaq  |     19:29 Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb  |     19:18 Sabah bu rayonda qazın verilişində məhdudiyyət olacaq  |     18:58 "Qarabağ"ın ulduzuna Avropadan təklif  |     18:55 Türkiyə ilə Ermənistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib  |     18:17 İstilik enerjisindən istifadə qaydaları təsdiqlənib  |     18:14 İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana rəsmi səfərə gəlib  |     18:07 Tanışını qətlə yetirən şəxs hakim qarşısında  |     18:05 Paytaxtın bir sıra küçələrində sıxlıq müşahidə olunur  |     17:44 Bakıda binaların təmirinə 23 milyon manatdan çox pul xərclənəcək  |     17:32 Azərbaycan ADB-nin gələcək fəaliyyəti üçün əsas amilləri açıqlayıb  |     17:22 Filippində 6 bal gücündə zəlzələ olub  |     16:59 Bu küçələrdə xüsusi avtobus zolaqları yaradılacaq  |     16:49 Azərbaycanda hüquqi aktların Dövlət Reyestrinə daxil edilmə qaydasında DƏYİŞİKLİK  |    
Left Banner
Right Banner

Səhərlər belə qidalananlar gün boyu aclıq hiss etmir

30.03.2024 22:20 1 866
Səhərlər belə qidalananlar gün boyu aclıq hiss etmir
Pəhrizdə olanlar üçün səhər yeməyi xüsusi əhəmiyyət daşıyır. Bir sıra mütəxəssislər səhərlər yeməyi məsləhət görməsə də, digər bir qrup bunun əksini çox əhəmiyyətli hesab edir. Bir sözlə, səhər yeməyi dietoloqlar arasında illərdir mübahisəli məsələ olaraq qalır.

Median.Az
medicina.az-a istinadən xəbər verir ki, rusiyalı endokrinoloq və qastroenteroloq Dilyara Lebedeva səhər yeməyini tövsiyə edən müətxəssislər arasındasdır. O, hətta arıqlamaq istəyənlər üçün ən yaxşı səhər yeməyinin nə olduğunu da açıqlayıb. Dietoloqun fikrincə bu, pendirli omlet və avokadolu tostdur. Onun ideal səhər yeməyi 1 ədəd yumurtadan, 1-2 dilim pendirdən, mayasız çörəkdən, yarım avokadodan, müxtəlif göyərtilərdən və bir neçə ədəd çərəzdən ibarətdir.

"Doctor Piter" portalına müsahibə verən mütəxəssis bunun səbəbini isə belə izah edib:
"Bu qidalar ən azı 6 saat aclıq hiss etməməyə kömək edir. Onların tərkibində kifayət qədər faydalı yağ var, bu da xüsusilə ödün fəaliyyəti üçün xeyirlidir".

Dilyara Lebedeva faydalı səhər yeməyinin tərkibini də izah edib. Onun sözlərinə görə, səhər yeməyi mütləq zülallar, kompleks karbohidratlar və faydalı yağlarla zəngin olmalıdır:

"Çünki bunlar orqanizmin oyanmasına kömək edir, həmçinin mədədə ağırlıq hissi yaratmır. Nahar vaxtına qədər aclıq hiss etməmək, eləcə də gün ərzində həddindən artıq kalori qəbul etməmək üçün səhərlər düzgün qidalanmaq vacibdir. Səhər sağalm qidalara üstünlük verdikdə gün boyu aclıq böhranları yaşamaqdan xilas olursunuz".
скачать dle 11.3
Mojo.az Banner