Alimlər çay və qəhvədə icazə verilən şəkər miqdarını açıqlayıblar » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:16 Hövsanda bank kartlarındakı vəsaitləri talayan şəxs saxlanılıb  |     18:09 Azərbaycanlılar ən çox hansı qidanı istehlak edirlər? - FOTO  |     17:45 Naxçıvan gömrüyündə 12 minlik dərman əməliyyatı ilə bağlı məhkəmənin vaxtı bəlli oldu  |     17:21 İranda prezident seçkisində iştirak etmək üçün qeydiyyatdan keçənlərin sayı AÇIQLANDI  |     17:04 Bakıda məzardan 110 manatlıq çələng oğurladı, cəzasını aldı  |     16:58 "Crocus"da baş verən terror aktında zərərçəkənlərin sayı AÇIQLANDI  |     16:48 Xırdabuynuzlu heyvan oğurlayan şəxslər SAXLANILDI  |     16:42 Naxçıvanda avtomobil qəzası: Ölən var  |     16:34 Elan saytlarında saxta məlumatlar yerləşdirərək dələduzluq edən şəxs saxlanılıb  |     16:24 Bəzi ərazilərə sulu qar yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ  |     16:23 Mərhum xanəndənin nəvəsinin dəhşətli şəkildə öldüyü hadisə necə baş verib?  |     15:23 11-ci mərtəbədə köməksiz qalan azyaşlılar xilas edildi - VİDEO  |     15:15 Hindistanda istilər səbəbindən sutkada azı 85 nəfər öldü  |     15:09 Mərdəkandakı avtoqəzada xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI  |     15:01 “Azərişıq” Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur  |     14:55 Azərbaycandan çıxışına qadağa qoyulan 419 nəfərin ölkəni tərk etməsinin qarşısı alındı  |     14:47 Tofiq Yaqublunun həbs müddəti uzadıldı  |     14:41 Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək, leysan və sulu qar yağacaq  |     14:31 Günəşdə yeni güclü partlayış baş verib  |     14:30 Biləsuvarda narkokuryer saxlandı: Külli miqdarda narkotik vasitələr aşkarlandı - FOTO  |    

Alimlər çay və qəhvədə icazə verilən şəkər miqdarını açıqlayıblar

Niderlandın “Leyden” Universitetinin alimləri araşdırma aparıblar və müəyyən ediblər ki, çay və qəhvəyə şəkər əlavə etmək orqanizmə heç bir təsir göstərmir.

Bu barədə oktyabrın əvvəlində “PLOS One” jurnalında dərc olunmuş məqalədə məlumat verilib.

Müəlliflər içkilərinə müxtəlif miqdarda şəkər əlavə edərək müntəzəm olaraq qəhvə və ya çay içən 3 minə yaxın iştirakçının məlumatlarını təhlil ediblər. Müşahidələrdən əvvəl və sonra mütəxəssislər subyektlərin səhhətini geniş şəkildə müayinə edib, həmçinin bəzi iştirakçıların ölüm səbəblərini də nəzərə alıblar.

Nəticələr göstərib ki, içkilərə şəkər əlavə etməyin vaxtından əvvəl ölümlə heç bir əlaqəsi yoxdur. Şirin çay və qəhvə içən tədqiqat iştirakçıları, ümumiyyətlə, şəkərdən istifadə etməyənlərlə müqayisədə özlərinin erkən ölüm riskini bir vahid artırıblar və Niderland alimlərinin fikrincə, bu fərq çox kiçikdir.

Tədqiqat iştirakçıları orta hesabla içkilərinə bir qaşıq şəkər əlavə ediblər ki, bu da təxminən 5 qr təşkil edir. Məhz bu miqdar təhlükəsiz doza hesab edilib. Tədqiqatın müəlliflərinin fikrincə, qazlı içkilər və şirələrin tərkibində təxminən 25 qram şəkər var, buna görə də bu içkilər sağlamlığa mənfi təsir göstərir.

Mənbə: İzvestiyaскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            324 31.10.23 12:50