Naxçıvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində qeydə alınıb. 67-BG-464 dövlət nömrə nişanlı "Daimler Chrysler" markalı avtomobil Koroğlu dairəsində piyada keçidindən istifadə edən Babək rayon, Şəkərabad kənd sakini, 1955-ci il təvəllüdlü Səfərov Hüseyn Yaqub oğlunu vurub. Müxtəlif bədən xəsarətləri alan zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qəzanı törədən, Babək rayon Zeynəddin kənd sakini, 1973-cü il təvəllüdlü Nəbiyev Amil Məcnun oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.