Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:37 Təzyiqi dərmansız azaltmağa kömək edən sadə məşq - Kardioloqdan tövsiyə | 21:30 Alimlər ürəyin xərçəngə qarşı gizli müdafiə mexanizmini aşkar etdi | 21:27 SEPAH komandiri olan ruhani GÜLLƏLƏNDİ | 21:17 Sabiq vəzifəli şəxs vəfat etdi | 21:08 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? | 21:02 Əfqanıstanda məktəbdə partlayış: 7 şagird öldü, 97 nəfər yaralandı | 20:59 Dekabrın sonu bu bürclərə düşərli olacaq | 20:40 Siyəzəndə üç azyaşlı kanala düşdü, ikisi xilas edildi | 20:31 Pensiyaların gözlənilən artım faizi açıqlandı – Minimum əməkhaqqı da yüksələcəkmi? | 20:25 DİN əməliyyat keçirdi: saxlanılanlar var | 20:24 Bakıda qəzalı bina təhlükə saçır: "Uşaqları bayıra çıxara bilmirik" | 19:47 Atası başına qazan çırpdı, oğul atasını döydü - Həbs edildi | 19:36 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? | 19:34 Bakıda toyda telefonları oğurlayan şəxs saxlanıldı | 19:28 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq | 19:08 Azərbaycanda yaşlı insanların nikaha marağının artmasının səbəbləri | 18:52 Azərbaycanda şair vəfat etdi | 18:44 Gəncədə avtomobillər bir-birinə çırpıldı - Yaralılar var | 18:31 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı | 18:09 Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar |
Mojo.az Avto
Mojo.az Avto

Bizi cavanlaşdıran qidalar

19.10.2023 12:11 3 261
Bizi cavanlaşdıran qidalar
İnsan yaşlandıqca maddələr mübadiləsi yavaşıyır. Bu, təkcə artıq çəkiyə deyil, həm də mədə-bağırsaq traktının xəstəliklərinə, qalxanabənzər vəzi, dəri problemlərinə gətirib çıxarır. Üstəlik, insanın sağlamlıq problemləri nə qədər çox olarsa, üzündə yaşı daha aydın görünür.

Rusiyalı terapevt Oleq Perkuşin dərinin, saçın, daxili orqanların vəziyyətini yaxşılaşdırmağa kömək edən, həmçinin insanı sanki daha gənc göstərən qidalar haqqında danışıb.

Mütəxəssisin fikrincə, təzə tərəvəz, meyvə, dəniz balığı, quş əti, yumurta, qoz-fındıq və göbələk qalxanabənzər vəzi, mədə, bağırsaq, həmçinin böyrək və qaraciyərin fəaliyyətini aktivləşdirməyə kömək edəcək.

Menyudan konservləşdirilmiş məhsullar, turşu tərəvəzlər, şirin mürəbbələr və konservlər, həmçinin ağ çörək, hazır dənli bitkilər və südlü qəhvə xaric edilməlidir.

“Belə qidalar aclığı neytrallaşdırmaqdan daha çox sağlamlığa zərər verəcək. Bol karbohidratlar, kimyəvi əlavələr, qlüten və şəkər dərinizi “bişmiş almaya” çevirəcək, saçlarınız isə ağaracaq”, - deyə Perkuşin bildirib.

Mənbə: Rambler

Son xəbərlər