Mojo.az Banner
23:02 Otellərdəki Wi-Fi-dan heç vaxt istifadə etməyin: mütəxəssislər səbəbini izah edir  |     22:58 Uşaqlar üçün olan bu məhsul bahalaşdı  |     22:50 Bu halda sürücüləri 40 manat cərimə gözləyir - Video  |     22:45 "ChatGPT"də reklamlar necə yayımlanacaq?  |     22:41 Azərbaycanın təhvil verdiyi erməninin pasportu yox imiş  |     22:33 2 179 abonentin qazı kəsiləcək  |     22:27 Paşinyan 28 il əvvəl 20 Yanvar haqqında bunları demişdi - VİDEO  |     22:21 Qızılın qiyməti tarixi maksimumu yenilədi  |     22:00 Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Fotolar  |     21:27 Qərib Mehdi vəfat edib  |     21:21 Mətanət Eminova vəfat etdi  |     21:14 Azərbaycanda şəlalə dondu - FOTOLAR  |     21:07 Vaaqn Xaçatryan: Ümid edirəm ki, Azərbaycandan mallar birbaşa Ermənistana daxil olacaq  |     20:59 Cəlilabadın bir sıra ərazilərində elektrik enerjisinin verilişi təmin olunub  |     20:41 "Euronews": Sovet qətliamının xatirəsi Azərbaycanın müstəqillik arzularında əsas amilə çevrilib  |     20:16 Vaaqn Xaçatryan: Ümid edirəm ki, Azərbaycandan mallar birbaşa Ermənistana daxil olacaq  |     19:30 Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi  |     19:24 Yanvarın 21-22-si ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ  |     19:18 Ən intellektual 3 BÜRC  |     18:54 Rusiyada miqrantlara bank hesabı açmaqla bağlı qadağalar qoyula bilər  |    
Left Banner
Right Banner

Arıqlamağın düşmənləri: Maddələr mübadiləsini yavaşladan 5 məhsul

25.01.2025 13:48 1 068
Arıqlamağın düşmənləri: Maddələr mübadiləsini yavaşladan 5 məhsul
Metabolizm - orqanizmi enerji ilə təmin edən və metabolik prosesləri tənzimləyən mürəkkəb biokimyəvi reaksiyalar kompleksidir. Çəkimiz, sağlamlığımız və hətta əhvali-ruhiyyəmiz birbaşa metabolizmin sürətindən asılıdır. Maddələr mübadiləsini necə sürətləndirmək və daha çox kalori yandırmaq olar?

Rusiyalı qidalanma üzrə ekspert Yuliya Makeyeva bununla bağlı danışıb.

O bildirib ki, qida rasionuna ilk növbədə daha çox zülallı qidalar - quş əti, balıq, yumurta, süd məhsulları və paxlalılar daxil edilməlidir.

"Zülalların həzmi əhəmiyyətli enerji tələb edir ki, bu da kalori sərfini artırır. Bu effekt qidanın spesifik-dinamik təsiri adlanır. Bu, xəstəliklərdən sonra bərpa və immunitetin qorunması üçün xüsusilə vacibdir", - deyə mütəxəssis izah edib.

Makeyevanın sözlərinə görə, sağlam yağlar, məsələn omeqa-3 yağ turşuları da eyni dərəcədə faydalıdır.

"Bunlar balıq, avokado və qoz-fındıqda olur, beyin fəaliyyətini, hormon fonunu yaxşılaşdırır. Bu, intensiv əqli yük dövrlərində aktualdır. Tam taxıl, tərəvəz və paxlalılardan alınan mürəkkəb karbohidratlar qanda şəkərin kəskin artımına səbəb olmadan uzunmüddətli toxluq hissi və enerji verir.

Termogen effektli məhsullar da metabolizmi sürətləndirməyə kömək edir. Yaşıl çay, acı çili bibəri, qreypfrut istilik istehsalını və yağ yanmasını stimullaşdırır. Fermentləşdirilmiş qidalar (kefir, kimçi, miso) bağırsaq mikroflorasını yaxşılaşdırır, kakao isə tərkibindəki maqnezium, flavonoidlər və inulin sayəsində qan dövranını və həzmi aktivləşdirir", - deyə mütəxəssis məlumat verib.

O, metabolizmi sürətləndirmək üçün hansı məhsulları məhdudlaşdırmalı və ya istifadədən çıxarmalı olduğumuzu da açıqlayıb.

Həmin siyahını təqdim edirik:

- Şəkər və təmizlənmiş karbohidratlar (şirniyyat, qazlı içkilər, çörək məmulatları). Bunlar qanda qlükozanın kəskin artımına səbəb olur və yağ yığılmasına şərait yaradır.

- Yağlı və qızardılmış qidalar, xüsusilə fastfud. Tərkibindəki trans yağlar qaraciyəri yükləyir və maddələr mübadiləsini yavaşladır.

- Duza qoyulmuş qidalar və yarımfabrikatlar. Həddindən artıq duz orqanizmdə mayeni saxlayır və su-duz balansını pozur.

- Çox miqdarda çiy xaççiçəkli tərəvəzlər (kələm, brokkoli). Onlar yodun mənimsənilməsini bloklaşdıra və qalxanvari vəzin aktivliyini azalda bilər. Ona görə də onları qaynatmaq və ya bişirmək daha yaxşıdır.

- Gizli şəkər və kimyəvi əlavələr olan məhsullar - şirin yoqurtlar, quru səhər yeməkləri, spirtli içkilər. Onlar bağırsaq mikroflorasını pozur və metabolizmi ləngidir.
//oxu.azскачать dle 11.3