Sağlam üz dərisi üçün 8 "qızıl" qayda » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Sağlam üz dərisi üçün 8 "qızıl" qayda

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır.

Median.Az
üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:

1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin

Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur. Uzun müddət havada vaxt keçirirsinizsə, çantanıza krem atmağı unutmayın. Çünki evdən çıxmazdan 15-30 dəqiqə əvvəl sürtməli olduğunuz kremi bir neçə saatda yeniləməlisiniz.

2 - Yağlı qulluq məhsullarından uzaq durun

Yaz istisinə və nəminə məruz qalan dəri daha yüngül qulluq məhsulları tələb edir.

3 - Günəşdən qorunarkən nəmləndirin

Hava isti və nəmli olsa da üzünüzü nəmləndirməlisiniz. Həm günəşdən qoruyan, həm də nəmləndirici olan məhsullar yay ayları üçün idealdır.

Bir neçə saatda tətbiq edilən, 30 və daha yüksək SPF-li məhsullardan alın.

4 - İncə çizgilər üçün C vitamini serumu

Dərini təmizləmək və nəmləndirməklə yanaşı bir neçə damcı C vitamini də əlavə edə bilərsiniz.

5 - Daha çox pilinq edin:

Dərinizə tətbiq etdiyiniz pilinqlər ölü dərilərdən qurtulmaq və dərini qorumaq üçün çox faydalıdır. Bunu daha tez-tez təkrarlaya bilərsiniz.

6 - Tez-tez yuyunmaq dərini quruda bilər

Çox duş almaq yay aylarında nəmə ehtiyac duyan dərini quruda bilər. Bunun üçün duşda daha az müddət qalmalısınız.

7 - Məsamələri tıxamayan məhsulları seçin.

Yay aylarında məsamələri tıxamayan makiyaj məhsulları seçməlisiniz. Ümumiyyətlə, yay aylarında ağır makiyajlar tövsiyə edilmir.

8 - Kölgədə qalın

Bədəninizi birbaşa günəşə maəruz buraxmaqdan qaçın. Plajda böyük bir çətir və papaqdan istifadə edin. /medicina.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            807 18.08.21 23:30