Mojo.az Banner
21:32 "Qarabağ" "Zirə"ni məğlub etdi  |     21:29 Bakıda məşhur mədəniyyət evi restoran kimi fəaliyyət göstərir? (VİDEO)  |     21:12 Müharibəni dayandırın!  |     21:05 Ramazanın 25-ci günündə imsak və iftar VAXTI  |     20:48 "Oleq Bakınski"nin ölkəyə giriş və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR  |     20:42 Gəncədə evdən meyit tapıldı  |     20:34 Tramp: İran təslim olacaq  |     20:26 Mələkxanım Əyubovadan qızı ilə bağlı paylaşım  |     20:14 Hakan Fidan: İran Türkiyəyə raket atılması ilə bağlı iddiaları təkzib edir  |     20:08 Neftçalada 38 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb  |     19:56 Martın 15-16-sı ilə bağlı XƏBƏRDARLIQ  |     19:51 İsrailə raket hücumları başladı  |     19:43 Bu ölkədə matəm elan edildi  |     19:29 İki Formula-1 Qran-prisi ləğv oluna bilər - "Sky News"  |     19:23 Aliment ödəməyənlər həbs edilməlidir? - Bir tikə çörəyiniz varsa...  |     19:18 "Bir piyadaya görə 60 nəfər dayanır" - Ekspert  |     19:10 Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?  |     19:05 Bir həftədə 8 azərbaycanlı Ukrayna müharibəsində öldü  |     18:59 I sinfə qəbulda prioritet tətbiq olunacaq məktəblər (SİYAHI)  |     18:54 Psixoloq: Mesajlaşmada "oki" yazmaq aqressiyanı neytrallaşdırmağa kömək edir  |    
Left Banner
Right Banner

Ayda ən azı 1 dəfə 1 gün heç nə yeməyin - Kraliçanın şəxsi həkimindən MÜALİCƏ

03.08.2021 23:19 1 464
Ayda ən azı 1 dəfə 1 gün heç nə yeməyin - Kraliçanın şəxsi həkimindən MÜALİCƏ
Doktor Mosaraf Ali uzun illərdir ki Böyük Britaniya kral ailəsinin şəxsi həkimi və sağlam qidalanma üzrə mütəxəssisidir.

İl ərzində minlərlə tədbirlərdə iştirak edən 93-yaşlı II-ci Elizaveta bu yaşda sağlam və gümrah olmağına görə o cümlədən bu həkimin metodikalarına borcludur.

Median.Az medicina.az-a istinadən bildirir ki, doktor Ali bütün dünyada məşhurdur. O, Hindistanda dünyaya gəlib, keçmiş SSSR-də təhsil alıb, vaxtilə məşhur Botkin xəstəxanasında çalışıb, hal hazırda isə İngiltərədə yaşayır. Onu pasiyentləri arasında Keyt Moss, Silvestr Stallone, Maykl Duqlas, Semuel L. Cekson və s. kimi dünya ulduzları, kral ailəsi və həmçinin adi insanlar da var. Doktor Ali sağlamlıq mövzularında 7 kitabın müəllifidir.

Saglamolun.az əfsanəvi həkimin sağlamlıqla bağlı bəzi tövsiyələrini nəzərinizə çatdırır:

1. Yeməyi asta-asta çeynəyin.

2. İstənilən mayeni yeməkdən 45 dəqiqə sonra için.

3. Turş məhsulların istehlakını azaldın.

4. Şirniyyatlar, spirtli içkilər, qızardılmış qidalar, mayalı çörək və istənilən mayalı məhsullardan tam imtina edin. Qəhvənin istehlakını minimuma (gün ərzində 3 fincan) azaldın.

5. Günorta yeməyindən sonra dincəlin, bir qədər uzanın, yatın, meditasiya edin. Şam yeməyindən sonra isə əksinə hərəkət edin, gəzməyə çıxın.

6. Ayda ən azı 1 dəfə 1 gün heç nə yeməyin, yalnız bal əlavə olunmuş ot çayları için.

7. Dərmanların qəbulunu minimuma çatdırın, xüsusilə bu antibiotiklər və göbələkəleyhinə preparatlara aiddir.

8. Tez-tez təbiətlə ünsiyyətdə olun. Bu insanın ruhunu dincəldir, stressi azaldır.

9. Yalnız təzə meyvə və tərəvəzləri yeyin. Konservləşdirilmiş, duza qoyulmuş, şirədə bişirilmiş meyvə və tərəvəzlərdən imtina edin.

10. Gün ərzində 6-8 stəkan su için.

11. Gün ərzində 5 dəfə kiçik porsiyalarla qida qəbul edin.

12. Saat 23.00-dan gec olmayaraq yatmağa gedin.

13. Kifayət qədər protein qəbul edin.

14. Mal ətinin istehlakını azaldıb toyuq və hind toyuğu ətinə üstünlük verin.

15. Yoqa ilə məşğul olun, belinizi düz tutun, massaj və özünü massaj mütləqdir.скачать dle 11.3
Mojo.az Banner